AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ

Dağılmış neftin ləğvi üzrə fəaliyyət
Xəzər  Hövzə  Qəza-xilasetmə  Xidməti - sularda və quru ərazidə fövqəladə hallar baş  verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və bu sahədə idarəetmənin həyata keçirilməsi üzrə əməliyyatların aparılmasına məsul olan qurumdur. Xidmət və onun sələfləri mövcud olduğu dövrdən bu yana neft dağılmalarının aradan qaldırılması üzrə 18 uğurlu əməliyyat həyata keçirmiş, 1990-cı ildə ilk dəfə olaraq, dağılmış neftin ləğvi üçün lazım olan məhdudlaşdırıcı çəpərin (bonların) helkopterlə dənizə qoyulmasını sınaqdan keçirmişdir. Bu uğurlu yeniliyə görə Xidmət Beynəlxalq “The Seatrade Annual Awards for  Achievement” xüsusi diplomu ilə təltif olunmuşdur.

 

“Ro-Boom 2000”
Dağılmış neftin qarşısını almaq üçün sədd

İstehsalçı ölkə və firma  - Danimarka, Roulunds firması

Sayı – 4 konteyner,

Hər bir  konteynerdə olan bon çəpərinin uzunluğu – 250 m

Hər seksiyanın uzunluğu -  5x50 m

Ümumi hündürlüyü – 2000 mm

İşçi hündürlüyü - 1700mm

Suüstü hündürlüyü - 650mm

Sualtı hissə - 1100 mm

Maksimum iş parametrləri:

küləyin sürəti -  20 m/san ;

dalğanın hündürlüyü – 3 m;

axın surəti – 3 uzel.

“Walosep” W-1 \ W-2

Dizel mühərrikli, hidravlik qoşqulu dağılmış nefti su üzərindən yığan skimmer qurğusu


İstehsalçı ölkə və firma  - İsveç, Mattson firması

Sayı -2 ədəd

Maksimum iş məhsuldarlığı - 45 m3/saat

Hidravlik enerji bloku :

Mühərrikin gücü-  28,5 kvt;

Hidronasosun gücü – 210 bar.




“Desmi-250”

Dağılmış nefti su üzərindən yığan skimmer qurğusu

İstehsalçı ölkə və firma  - Danimarka, Desmi -250  firması

Sayı – 1 ədəd

Dizel hidrobloklu, mühərrikin gücü-26 kvt

Hidronasosun gücü - 210 bar

Hava kompressorunun tutumu   max. 15 bar

Kommpressorun  dövürlər sayı  - 240 dövr/dəq

Maksimum iş parametrləri:

məhsuldarlığı–70 m3 \ saat ;

dalğa – 2-3 bal;

neftin su üzərindəki qalınlığı – 1-1,5 sm.

“Foxtail” VAB 4-9

Dağılmış nefti su üzərindən yığan sıxıcı qurğu

İstehsalçı ölkə və firma  - Norveç, Xenrik Xenrraksek firması

Dizel hidravlik ötürücülü, hər birinin uzunluğu 15m olan, tərkibi alyafil və hidrofop tərkibə malik  4-halqa səkilli  “tülkü” quyruğu 

Sayı -1 ədəd

Maksimum iş parametrləri:

məhsuldarlığı - 30 m3  /saat

skimmerin çəkisi – 500 kq;

yük pompası – 40 m3  / saat.

yük pompasının  dövrlər sayı- 515 dövr/dəq




“Mersedes” enerji bloku

İstehsalçı ölkə - Norveç

 Dizel mühərrikli, 4 - taktlı, V-şəkilli, 8- silindirli susoyutma sistemi :

Sayı- 2 ədəd

yanacaq tutumu - 82 litr (dizel)

hidravlik yağ tutumu – 106 litr

mühərrik yağ tutumu – 23 litr

mühərriki soyutmaq üçun maye antifriz-90 litr

mühərrikin gücü – 106 kvt ,  218 a.g

“Ford”  enerji  bloku

İstehsalçı ölkə - Norveç

Hidravlik sistemin işə salınması üçün 4 taktlı, 6-silindirli su soyutma sistemli güc bloku.

Sayı – 1 ədəd

yanacaq tutumu – 45 litr(dizel)

hidravlik yağ tutumu – 55 litr

mühərrikin yağ tutumu – 17 litr

mühərriki soyutmaq üçün maye-70 litr

mühərrikin gücü - 115,8 kvt, 155 a.g




“Ro-Clean”

Neftlə çirklənmiş bonları yüksək təzyiqli isti su ilə yuyan aqreqat

 

İstehsalçı ölkə - Norveç

hündürlüyü - 2.4 m

eni - 2.5 m

uzunluğu - 5.2 m

çəkisi (boş tullantı çəni və tam dolu yanacaq çənləri ilə birlikdə )  - 4.850 kq

“Ekspandi-4300”

Dağılmış neftin qarşısını almaq üçün sədd

hündürlüyü - 1.72 m

eni - 2.45 m

uzunluğu - 2.45 m

çəkisi – 605 kq

12  seksiya,  hər seksiya - 15.2 m





“Ro-Sett”

Neft qəbulu üçün cöküntü çəni

İstehsalçı ölkə - Norveç
hündürlüyü - 2.4 m
eni - 2.5 m
uzunluğu - 4.5 m
çəkisi – 2080 kq