17 yanvar 2017--ci il, 06:55
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

Bakı şəhəri,
Səbail buxtası-3, AZ1023

tel.: (012) 512-45-02; 512-45-46; 512-45-61;
faks: (012) 447-18-27
e-poçt: xhqx@fhn.gov.az
Xəritədə bax

Sorğu
Kür çayında mövsümi daşqınların qarşısını almaq uçün hansı tədbir daha faydalıdır?
Çayın sahilində bəndlər qurmaqla
Çayın yatağını və deltasını dərinləşdirməklə
Çaya lazımsız tullantıların atılmasının qarşısını almaqla
Süni göllər yaradaraq suyu təsərrüfat sahələrinə yönəltməklə
Dispetçer məntəqəsi
Xidmətin operativ rabitə, analitik-informasiya  və dispetçer məntəqəsi  fasiləsiz fəaliyyət göstərərək- gəmilərlə daimi əlaqəni təmin edir,  sularda baş vermiş fövqəladə hallar zamanı hadisələrin xəbərdar edilməsi, qarşısının alınması, nəticələrinin aradan qaldırılması üzrə əlaqələndirməni  həyata keçirir. Məntəqə orta-qısa və ultra-qısa dalğalı radiostansiyalar, Beynəlxalq peyk rabitə sistemi - İNMARSAT-C, avtomatlaşdırılmış təyinetmə sistemi, elektron xəritə sistemi, fax və s. təchiz edilmişdir.
  • orta-qısa dalğalı radiostansiya 2580 kHs-ötürmə və 2525 kHs-qəbuletmə tezliklərində növbətçi qaydada işləməklə bərabər, eyni zamanda təyin edilmiş Beynəlxalq tezliklərdə ötürülən təhlükəsizlik və qəza siqnallarini avtomatik olaraq qəbul edir .Bu radiostansiya vasitəsilə tezlikləri dəyişməklə  10 000 mil məsafəyə qədər əlaqə saxamaq mümkündür.
  • ultra-qısa dalğalı radiostansiya isə 156,675 MHs tezlikdə 73-cü dəniz kanalında işləməklə bərabər 70-ci dəniz kanalında növbətçi qaydada rəqəmsal çağırış sistemi vasitəsilə ötürülən bütün təhlükəsizlik və qəza siqnallarini qəbul edir.Radiostansiya ilə 25-30 mil məsafəyə qədər rabitə əlaqəsi saxlamaq olur.
  • Beynəlxalq peyk rabitə sistemi- İNMARSAT-C  dünyanın istənilən nöqtəsindən ötürülən təhlükəsizlik və qəza siqnallarını növbətçi qaydada avtomatik olaraq qəbul edir.Bu avadanlıq vasitəsilə dünyanın istənilən nöqtəsinə teleks, fax, e-mail məktublar ötümək və qəbul etmək münkündür.
İstər radiostansiyalar, istərsə də İNMARSAT – C  qəbul etdiyi məlumatları çap  şəklində verir.
  • Avtomatlaşdırılmış təyinetmə sistemi 25-30 mil dairəsində avtomatlaşdırılmış təyinetmə sistemi olan gəmiləri təyin edir,   gəmi haqqında bütün məlumatlar manitorda göstərilir.
  • Elektron xəritə sistemi Xəzər dənizinin aktiv xəritəsi üzərində 25-30 mil zonada yerləşən gəmiləri təyin edir və onları  izləmək imkanı yaradır. 

 

Sahil bazası

Xidmət  gəmilərin  və digər üzən vasitələrin  saxlanılması, gəmilərin zəruri avadanlıq və vasitələrlə təmin olunması, yükləmə-boşaltma əməliyytlarının həyata keçirilməsi (avtokran vasitəsilə)  üçün sahil və üzən yanalma  körpülərinə malikdir.

Üzən yanalma körpüsü

Uzunluğu - 100 metr
Eni - 8 metr
Dərinlik – 7 metr
Gəmiləri qəbul etmə imkanı - 9000 t

Sahil  yanalma körpüsü

Uzunluğu - 100 metr
Dərinlik – 5 metr
Gəmiləri qəbul etmə imkanı - 500 t  

Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları