24 iyul 2017--ci il, 00:49
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

AZ1073, Bakı şəhəri,
Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə

tel.: (012) 512-40-40
faks: (012) 512-40-42
e-poçt: bvim@fhn.gov.az

Sorğu
Yaralıların da olduğu avtomobil qəzasının baş verdiyi yerdəsiniz. Siz dərhal 112 zəng mərkəzinə zəng vurub
Zərərçəkmişlərin sayı haqqında məlumat verirsiniz
Qəzanın başvermə səbəbini aydınlaşdırırsınız
Qəzanın başvermə yerini bildirirsiniz və bununla bağlı ilkin məlumatları verirsiniz
Fəaliyyət istiqamətləri
Mərkəzin fəaliyyəti haqqında:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması üçün yaradılmış idarəetmə orqanıdır. Mərkəz, həmçinin, müxtəlif mənbələrdən daxil olmuş məlumatların toplanılması, ümumiləşdirilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul edilməsi sahəsində fəaliyyət göstərir.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qəza-xilasetmə işlərinin aparılmasına cəlb olunmuş qəza-xilasetmə birləşmələrinin qüvvə və vasitələrinin mərkəzləşdirilmiş idarə edilməsini təşkil edir. Nazirliyin operativ növbətçi xidmətlərinin fəaliyyətini əlaqələndirir. Müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və əhali ilə qarşılıqlı informasiya mübadiləsinin aparılmasını təşkil edir. Həmçinin Nazirliyin, onun struktur bölmələrinin və qurumlarının, müvafiq mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərlərini fövqəladə halların yarana bilməsi və ya baş verməsi faktı barədə qəbul olunmuş qaydada məlumatlandırır.

Ölkədə və dünyada baş vermiş və baş verə biləcək təbii və texnogen xarakterli hadisələr, onların nəticələri, həmin hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər barədə məlumatların izlənilməsi, toplanılması, işlənilməsi və təhlili aparılır. 

Mərkəzin avtomatlaşdırılmış informasiya-idarəetmə sisteminin (AİİS), o cümlədən müvafiq informasiya şəbəkələrinin və xüsusi proqram təminatı vasitələrinin yaradılması, inkişafı və sabit fəaliyyəti üzrə kompleks tədbirlər görür, fəaliyyət sahəsi ilə bağlı informasiyaların toplanılmasını, təhlilini, ümumiləşdirilməsini, eyni zamanda onların avtomatlaşdırılmış uçotunu, fövqəladə hallara dair məlumatlar bazasının yaradılmasını və işlənilməsini təşkil edir. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədi ilə “Fövqəladə Halların idarə olunmasının coğrafi İnformasiya Sistemi”nin yaradılmasında iştirak edir. Mərkəzdə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər görür.

Nazirliyin "112" qaynar telefon xətti 24 saat ərzində fasiləsiz vətəndaşlardan və digər mənbələrdən daxil olan məlumatları qəbul edir və tədbirlər görülməsi üçün müvafiq strukturları xəbərdar edir.

Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları