AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən... 22 yanvar 2018-ci il


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. 22 yanvar 2018-ci il


Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. 17 yanvar 2018-ci il


Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m2 olan ərzaq mağazasının çöl divarının plastik üzlüyü 4 m2 sahədə yanmışdır.


Lənkəran rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


İlham Əsgər oğlu Allahverdiyev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti polkovniki.

05.01.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1987-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 1 övladı var.

Qəbul günləri:
cümə günləri saat 10:00-12:00

Rəfiq Faiq oğlu Mirişli

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, polkovnik.

02.06.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
çərşənbə axşamı və cümə günləri saat 10:00-12:00

Kamal Namiq oğlu Əliyev

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı.

19.02.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb elmləri namizədidir.
Ailəlidir. 3 övladı var.

Mirzəyeva Aidə Rəfail qızı

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti baş leytenantı

23.08.1980-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 2 övladı var.