AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. 14 iyun 2018-ci il


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 13 iyun 2018-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən iri səhiyyə müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Səhiyyə Nazirliyinin müraciəti... 14 iyun 2018-ci il


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il iyunun 12-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 34 ünvanında yerləşən “Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. 12 iyun 2018-ci il


Bərdə rayonunun Bəcirəvan kəndində həyətyanı sahədə 25 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur...


Kürdəmir rayonunun Karrar qəsəbəsində 5 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. 


Xaçmaz rayonu, Qusarçay kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, bir otağının yanar konstruksiyaları...

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir.

 

Yanğın təhlükəsizliyi

Dövlət Yanğın Nəzarəti Xidmətində mütamadi olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunur, Dövlət Yanğın Nəzarəti qurumlarının fəaliyyəti istiqamətləndirilir, yanğın təhlükəsizliyi sahəsində idarəetmə təkmilləşdirilir, yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək məqsədilə tədbirlər müəyyənləşdirilir.

Əhalinin marifləndirilməsi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Beynəlxalq əlaqələr

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.

Rəhbərlik haqqında məlumat


İsrayıl Məhərrəm oğlu Əliyev

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru.

24 May 1959-cu ildə Goranboy rayonunda anadan olub.
Azərbaycan Pоliteхnik Institutunu bitirib.
Ailəlidir. 4 övladı var.

Qəbul günləri: 
cümə günü (10:00-12:00)

Aqşin Böyükağa oğlu Kazımov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki.

28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
cümə günü (10:00-12:00)