18 avqust 2017--ci il, 09:02
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

AZ1025, Bakı şəhəri,
Xətai r-nu, Nəcəfqulu
Rəfiyev küçəsi, 26

tel.: (012) 512-26-10
faks: (012) 512-26-25
e-poçt: dynx@fhn.gov.az

Sorğu
Daha çox hansı fövqəladə hal zamanı davranış qaydaları haqqında məlumat almaq istərdiniz?
Təbii mənşəli fövqəladə hallar haqqında
Texnogen mənşəli fövqəladə hallar haqqında
Bütün fövqəladə hallar haqqında
Fəaliyyət istiqamətləri
Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir.

Dövlət Yanğın Nəzarəti Xidməti özünün fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir və qanunvericiliklə qadağan edilməyən digər istiqamətlərdə fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət  Yanğın Nəzarəti Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının konstitutiyasını, Azərbaycan Respublikasının tərəfdar çixdığı beynəlhalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını,Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Dövlət Yanğın Nəzarəti Xidməti haqqinda əsasnamələri və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarət etmək, xidmətin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin etmək kimi vəzifələr Fövqəladə Hallar Nazirliyinin Dövlət  Yanğın Nəzarəti Xidmətinin fəaliyyət istiqamətlərinə daxildir.

Dövlət  Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında iştrak edərək bu sahədə idarəetməni, əlaqələndirilməni həyata keçirir.
 Dövlət  Yanğın Nəzarəti Xidmətinin qarşısında duran vəzifələr xidmətin tabeliyində olan strukturlar tərəfindən icra olunur.

Ölkə ərazisində yaşayış məntəqələrinin yanğından mühafizə və xilasetmə vasitələrinin istifadəyə hazırlıq vəziyyətinə nəzarət etmək Dövlət Yanğın Nəzarəti Xidmətinin  vəzifələrinə daxildir.

Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yanğın təhlükəsizliyi standartlarını,normalarını və qaydalarını pozan şəxslər barəsində tədbirlər görür.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.

Dövlət Yanğın Nəzarəti Xidmətində mütamadi olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunur, Dövlət Yanğın Nəzarəti qurumlarının fəaliyyəti istiqamətləndirilir, yanğın təhlükəsizliyi sahəsində idarəetmə təkmilləşdirilir, yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək məqsədilə tədbirlər müəyyənləşdirilir.

Dövlət Yanğın Nəzarəti Xidməti yanğın texnikası və yanğınsöndürücü vasitələrin, maddələrin,materialların,məmulatların, avadanlıqların və konstruksiyaların yanğın təhlükəsizliyi sınaqlarının aparılmasını təşkil etmək hüququna malikdir.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütamadi olaraq həyata keçirilən yanğın – texniki müayinələr nəticəsində müxtəlif təyinatlı obyektlərdə,yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması hallarının qarşısı alınır.

DYNX binalarda, qurğularda, nəqliyyat vasitələrində mövcudluğu zəruri olan yanğınsöndürmə vasitələrinin və inventarlarının siyahısını hazırlayır və təsdiq olunmaq üçün təqdim edir.

Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində baş vermiş yanğınların və onların nəticələrinin vahid statistik uçotunu və analitik təhlilini aparır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti hava, su və dəmir yolu nəqliyyatı vasitələrində,dəmir yolu vağzallarında, onlara məxsus texniki xidmət təşkilatlarında, mülkiyyət növündən asılı olmayaraq hava, su və dəmir yolu müəssisələrinin ərazilərində yerləşən obyektlərdə, Baki metropolitenində dövlət yanğın nəzarəti işini həyata keçirir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsul və xidmətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlar vermək, habelə onların qüvvəsini müvəqqəti dayandırmaq və ləğv etmək hüququ vardır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun tələblərini rəhbər tutaraq, ümumtəhsil məktəblərində, mədəni – maarif ocaqlarında, seçki məntəqələrində, ticarət obyektlərində, meşə massivlərində, hərbi hissələrdə, kənd təsərrüfatında ,səhiyyə ocaqlarında, sənayedə,yaşayış yerlərində əhalinin müxtəlif təbəqələrini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə yanğına qarşi təbliğat xarakterli tədbirlər keçirir.

Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi məsələləri ilə bağlı respublika üzrə yığıncaq, müşavirə və elmi – praktik konfranslar keçirir, əhalinin maarifləndirilməsi işini təşkil edir, başqa dövlət orqanları və ictimai təşkilatlar tərəfindən aparılan bu kimi işlərə metodiki köməklik göstərir.

Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyi sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək , onlardan belə məlumatları tələb etmək hüququ vardır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Xidmətin əməkdaşları mütamadi olaraq kütləvi informasiya vasitələrində yanğına qarşı təbliğat mövzusunda çıxışlar edir .

Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları