18 avqust 2017--ci il, 09:02
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

AZ1025, Bakı şəhəri,
Xətai r-nu, Nəcəfqulu
Rəfiyev küçəsi, 26

tel.: (012) 512-26-10
faks: (012) 512-26-25
e-poçt: dynx@fhn.gov.az

Sorğu
Daha çox hansı fövqəladə hal zamanı davranış qaydaları haqqında məlumat almaq istərdiniz?
Təbii mənşəli fövqəladə hallar haqqında
Texnogen mənşəli fövqəladə hallar haqqında
Bütün fövqəladə hallar haqqında
Ümumi məlumat

Azərbaycan Respublikası Prezidentinin  2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

- Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  əmr və göstərişlərini rəhbər tutur.

- Xidmət fəaliyyətini bilavasitə tabeliyində olan strukturlar vasitəsilə həyata keçirir.

- Xidmət müstəqil balansa, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və Xidmətin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, xəzinə və bank hesablarına malikdir.

- Xidmətin saxlanması xərcləri və fəaliyyəti Nazirlik tərəfindən təsdiq olunmuş xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

- Xidmət Bakı şəhərində yerləşir.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları