23 may 2017--ci il, 12:44
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

AZ1014, Bakı şəhəri,
Məhəmməd Füzuli küçəsi, 69

tel.: (012) 512-21-25; 512-21-42
faks: (012) 512-21-19
e-poçt: tttnda@fhn.gov.az

Sorğu
Daha çox hansı fövqəladə hal zamanı davranış qaydaları haqqında məlumat almaq istərdiniz?
Təbii mənşəli fövqəladə hallar haqqında
Texnogen mənşəli fövqəladə hallar haqqında
Bütün fövqəladə hallar haqqında
Ümumi məlumat

İnsanların həyat fəaliyyətinin əsas tərkib hissələrindən biri olan bina və qurğuların konstruktiv dayanıqlıq baxımından təhlükəsizliyinin təmin olunması daima prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik problemlərinin effektiv həlli ilk növbədə bu sahəyə yeni yanaşmaların tətbiqini tələb edir. Azərbaycan Respublikasında, digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir şəraitdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir.  

Tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilmiş  tədbirlərdən biri də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yaradılması olmuşdur.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli, 1339 nömrəli Sərəncamı ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları yeni yaradılmış mərkəzi icra hakimiyyəti orqanı - Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Həmin funksiyaların yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin strukturunda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2006-cı il tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə əsasən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Agentlik qanunvericiliklə ona həvalə olunmuş vəzifələrini öz Aparatının şöbələri və strukturuna daxil olan aşağıdakı bölmələr vasitəsi ilə, habelə Nazirliyin tabeliyində olan qurumlar, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə yerinə yetirir:

  • Baş Dövlət Tikinti Müfəttişliyi;
  • Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi;
  • Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti;
  • Tikintidə Qiymətqoyma Mərkəzi;
  • Mühəndis-Axtarış Mərkəzi;
  • S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu;
  • “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutu;
  • “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu;
  • “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu;
  • “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.


Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları