AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. 07 dekabr 2017-ci il


Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir. 06 dekabr 2017-ci il


24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir. 24 noyabr 2017-ci il


Bərdə rayonu, Zümürxan kəndində həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 7,5 tonu yanmışdır. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda Bərdə rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır.


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.


Zaqatala rayonu, Yolayrıc kəndində ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 25 m2 sahədə yanmışdır.

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi haqqmda Əsasnamə" təsdiq olunmuş və Agentlik bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti flınksiyalarım həyata keçirməklə Nazirliyin digər struktur bölmələri, müvafıq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasmın təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı sənaye və dağ- mədən sahələri üzrə işlərin təhlükəsiz görülməsinə nəzarəti həyata keçirir.

 

Sertifikatlaşdırma

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılmasını, bəzi fəaliyyət növlərinə xüsusi razılıqlarm (lisenziyaların) verilməsini, təhlükə potensiallı obyektlərin dövlət reyestrinin aparılmasını həyata keçirir.

Nəticələrinin aradan qaldırılması

Agentliyin tərkibində fəaliyyət göstərən qurumlardan biri də "İstehsalat Mərkəzi" MMC-dir. Mərkəz fövqəladə halların qarşısınm alınması və nəticələrinin aradan qaldırılması üçün istifadə olunan maşın, mexanizm, avadanlıq, inventarların istehsalı və satışı, həmçinin müvafıq sahədə xidmətlərin göstərilməsini həyata keçirir.

Qiymətləndirmə

Azərbaycan Dövlət Əməyin Mühafızəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu sənaye sahələrində texniki təhlükəsizliyin və əməyin mühafızəsinin təmini üzrə qaydalann, normativ-texniki və metodik sənədlərin, standartların, təlimatların və istehsalat sanitariyası və gigiyienası ilə əlaqədar olan rəhbər səııədlərin işlənib hazırlanması, sənaye, dağ-mədən, tikinti və bütün növ xidmət obyektlərinin qəza hallanndan mühafizə olunma dərəcələrinin müəyyənləşdirilməsi, onlann fiziki müdafıə və qorunma tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətlərində fəliyyəti həyata keçirir.

Rəhbərlik haqqında məlumat


Qurbanov Səfər İslam oğlu

Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi.

1950-ci ildə may ayının 14-də Naхçıvan MR-nın Оrdubad şəhərində anadan оlub. Azərbaycan Neft və Kimya Institutunu  bitirib.
Ailəlidir. 

Qəbul günləri:
cümə günü saat 17:00-18:00-dək

Məşədiyev İsmayıl ƏIi Ağa oğlu

Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini.

1951-ci ildə mart ayının 31-də Bakı şəhərində anadan оlub. Azərbaycan Pоliteхnik Institutunu bitirib.
Ailəlidir. 

Qəbul günləri:
hər həftənin bazar ertəsi saat 17:00-18:00-dək

Quluzadə Piri Məmməd Paşa oğlu

Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini.