18 avqust 2017--ci il, 09:02
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi

AZ1025, Bakı şəhəri,
Xətai rayonu, Nəcəfqulu
Rəfiyev küçəsi, 26

tel.: (012) 512-15-01
faks: (012) 512-15-01
e-poçt: dag-meden@fhn.gov.az

Sorğu
Agentliyin fəaliyyəti ilə bağlı hansı məlumatları əldə etmək istərdiniz?
Agentliyin fəaliyyət istiqamətləri haqqında
Agentlik tərəfindən müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün verilən icazələr haqqında
Teхniki təhlükəsizliyi tənzimləyən qanunverici aktlar haqqında
Qurumun göstərdiyi xidmət
      1. Fərmanlar:
        Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”, Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında” 29 dekabr 2006-cı il tarixli, 510 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”;
      2. Qərarlar:
        Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 7 noyabr 2002-ci il tarixli, 174 nömrəli Qərarı və həmin Qərarla təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»ə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2007-ci il tarixli, 166 nömrəli Qərarı.
      1. Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması;
      2. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı;
      3. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması;
      4. Liftlərin quraşdırılması və təmiri;
      5. Attraksionların quraşdırılması və istismarı;
      6. Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri;
      7. Qaldırıcı qurğuların, metallurqiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri;
      8. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi.
    1. Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq Xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əsas sənədlər:

      1. Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
        hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
        fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
      2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
      3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
      4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
      5. Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

    2. Ayrı-ayrı fəaliyyət növləri üzrə tələb olunan əsas sənədlərlə bərabər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər: («Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»ə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2007-ci il tarixli, 166 nömrəli Qərarı)

      Fəaliyyət növləri üzrə 782 nömrəli fərmanda göstərilən sənədlərdən əlavə:


      1. Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. Lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
      3. Daşınacaq təhlükəli yüklərin siyahısı;
      4. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün yuyucu, buxarlayıcı, deqazasiya məntəqələri və onların texniki təchizatı vasitələrinə malik olmalarını təsdiq edən sənəd;
      5. Nəqliyyat vasitələrinin modeli və texniki göstəriciləri, dövlət qeydiyyat şəhadətnaməsinin surəti;
      6. Qəzanın aradan qaldırılması planı daxil olmaqla, qəzaya qarşı kompleks tədbirlərin yerinə yetirilməsi hazırlığı barədə məlumat.
      1. Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. Lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
      3. Maye və təbii qaz təsərrüfatı obyektinin istismara qəbulu aktının surəti;
      4. Maye və təbii qaz təsərrüfatı obyektində istifadə olunan partlayış-yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların «Texniki təhlükəsizlik sertifikatı»nın surəti.
      1. Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. Yataq hissəsinin işlənməsi ilə bağlı «Dağ işlərinin inkişafı planı»nın surəti;
      3. Dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılması üçün ərizəçinin mülkiyyətində və ya istifadəsində olan maşın-mexanizmlərin, qazma dəzgahlarının və avadanlıqlarının siyahısı, onlar haqqında məlumat (adı, növü, modeli, istehsal ili, texniki pasportu), həmin avadanlıqların texniki vəziyyəti və texniki baxışdan keçmələri barədə məlumat.
      1. Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. Lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
      3. Ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan vasitələrə, alətlərə və texnoloji avadanlıqlara malik olması barədə məlumat;
      4. Ərizəçinin quraşdıracağı liftlərin növü (sərnişin, yük və xəstəxana liftləri).
      1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin və yüksəklikdə işləyən işçilərin icazə vərəqələrinin surəti;
      2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı.
      1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
      3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.
      1. Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. Lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
      3. Ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.
      1. Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
      2. Lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
      3. Ərizəçiyə məxsus olan laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamənin surəti;
      4. Ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan vasitələrə, alətlərə və texnoloji avadanlıqlara malik olması haqqında məlumat.

    1. Qanunlar:
      “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu – 02 noyabr 1999-cu il, № 733-IQ

      Fərmanlar:
      «“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2000-ci il tarixli, 269 nömrəli Fərmanı

      Qərarlar:
      "Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 102 nömrəli Qərarı və həmin qərarla təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları"

      Digər normativ-hüquqi sənədlər:
      - Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin (DÖVDAĞMƏDƏNTEXNƏZARƏT) 29 may 2002-ci il tarixli, 14 nömrəli Əmri ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsinin və reyestrin aparılmasının vahid metodikası”
    2. “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsinin və reyestrin aparılmasının vahid metodikası”na əsasən:

      - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada istismara qəbul edilən təhlükə potensiallı obyektlər istismara başlandığı gündən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidirlər.

      Obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün obyekti istismar edən şəxs hər bir obyekti səciyyələndirən məlumatları Agentliyin həmin obyektin istismarı ilə əlaqədar müəyyən etdiyi tələblərə uyğun sənədləşdirərək Agentliyə təqdim etməlidir.

      Dövlət reyestrində qeydiyyata alınmış təhlükə potensiallı obyektlər 5 ildə bir dəfədən gec olmayaraq, təkrar qeydiyyata alınır.

      İcarəyə götürülmüş təhlükə potensiallı obyekt, onları istismar edən icarədar təşkilatın və müəssisənin tərkibində qeydiyyata alınır və yaxud təkrar qeydiyyatdan keçirilir. Təhlükə potensiallı obyekti icarəyə götürmüş icarədar təşkilat, hüquqi şəxs haqqında məlumatları qeydiyyat orqanına təqdim edir.

      Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs, obyektlərin dövlət reyestrində qeydiyyata alınması və yaxud təkrar qeydiyyatdan keçirilməsi və dövlət reyestrində dəyişikliklərin edilməsi üçün lazımi məlumatların qeydiyyat orqanına təqdim olunmasını təşkil edir.

      Fəaliyyətdə olan təhlükə potensiallı obyektlər və təkrar dövlət reyestrindən keçirilən obyektlər üzrə məlumatların təqdim olunması müddətləri qeydiyyat orqanı ilə razılaşdırılmalıdır.

      - Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər, obyektlərin dövlət reyestrində qeydiyyata alınması və yaxud təkrar qeydiyyatdan keçirilməsi üçün qeydiyyat orqanına müvafiq məktub göndərir və məktuba aşağıdakı sənədlər əlavə olunmalıdır:

      1. Obyektlərin qeydiyyat vərəqələri, hər bir obyekt üçün üç nüsxə;
      2. Əvvəl verilmiş qeydiyyat şəhadətnamələrinin surətləri (təkrar qeydiyyat aparıldıqda);
      3. Texniki təhlükəsizlik ekspertizasının rəyi (identifikasiya ekspert təşkilatı tərəfindən həyata keçirildiyi halda);
      4. Təhlükə potensiallı obyektlər barədə, Agentlik tərəfindən müəyyən edilmiş tərkibdə və həcmdə əlavə məlumatlar.

      - Qeydiyyat şəhadətnaməsindəki və yaxud qeydiyyat vərəqlərindəki məlumatların dəyişilməsi ilə əlaqədar, dövlət reyestrində dəyişikliklər edilməsi üçün, təşkilat qeydiyyat orqanına müvafiq məktub göndərir və həmin məktuba aşağıdakı sənədləri əlavə edir:

      1. Obyektlərin yeni tərtib edilmiş və yaxud dəyişdirilmiş qeydiyyat vərəqləri, hər obyekt üçün üç nüsxədə;
      2. Qeydiyyat şəhadətnaməsinin surətləri;
      3. Yeni qeydiyyata alınan obyektlərin texniki təhlükəsizlik ekspertizasının rəyi (identifikasiya ekspert təşkilatı tərəfindən həyata keçirildiyi halda);
      4. Təhlükə potensiallı obyektlər barədə, Agentlik tərəfindən müəyyən edilmiş tərkibdə və həcmdə əlavə məlumatlar.

    1. Qanunlar:
      “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu – 02 noyabr 1999-cu il, № 733-IQ

      Fərmanlar:
      “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 357 nömrəli Fərmanı

      Qərarlar:
      “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 102 nömrəli Qərarı və həmin qərarla təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları"

      Digər normativ-hüquqi sənədlər:
      Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin (DÖVDAĞMƏDƏNTEXNƏZARƏT) 04.11.2003-cü il tarixli, 15 nömrəli və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 22.09.2003-cü il tarixli, 118 nömrəli Əmrləri ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid Metodika”
    2. - Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün sahibkarlardan, təşkilatlardan, hüquqi və fiziki şəxslərdən aşağıdakılar tələb olunur:

      1. Tikintisi nəzərdə tutulan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə sertifikatlaşdırılması (bundan sonra sertifikatlaşdırılması) üçün:
        1. Texniki tapşırığın və layihə sənədlərinin texniki təhlükəsizlik  və dövlət ekoloji ekspertizalarından keçirilməsi və müsbət rəyin alınması;
        2. Qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükə potensiallı obyektin tikilməsinə (yenidən quraşdırılmasına) dair verilmiş xüsusi razılıqların və ya qaz təchizatı sahəsində xüsusi icazələrin olması;
        3. Təhlükə potensiallı obyektin tikilməsini (yenidən qurulmasını, genişləndirilməsini) həyata keçirən  hüquqi və ya fiziki şəxsin xüsusi ixtisasa malik olmasını, texniki və təşkilati hazırlığını təsdiq edən təsis sənədinin və Agentlik tərəfindən dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surətlərinin  olması;
        4. Texniki qurğuların və avadanlığın milli uyğunluq sertifikatının olması;
        5. Texniki qurğu və avadanlıqda sınaqların aparılmasını təsdiq edən texniki sənədin təqdim edilməsi;
        6. Texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) alınması.
      2. Genişləndirilməsi nəzərdə tutulan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün:
        1. Texniki tapşırığın və layihə sənədlərinin texniki təhlükəsizlik və dövlət ekoloji ekspertizalarından keçirilməsi və müsbət rəyin alınması;
        2. Texniki qurğuların və avadanlığın milli uyğunluq sertifikatının olması;
        3. Texniki qurğu və avadanlığın sınaqlarının aparılması metodlarının hazırlanması və təsdiq edilməsi;
        4. Texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) olması.
      3. Təhlükə potensiallı obyektlərdə yenidən quraşdırılması nəzərdə tutulan texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün:
        1. Texniki qurğu və avadanlıqda aparılan sınaqların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə protokolun (aktın) olması.

      Qeyd: Quraşdırılması nəzərdə tutulan yeni texniki qurğular və avadanlıqlar təhlükəsizlik ekspertizasından keçirilməyiblərsə, bu halda onlar konstruksiya və istismar sənədləri əsasında ekspertizadan keçirilməlidirlər.
      1. Təhlükə potensiallı obyektlərdə 6 aydan çox konservasiyada olmuş texniki qurğuların və avadanlığın işə salınması haqqında sınaq protokolu və aktı olmalıdır.
      2. Fəaliyyətdə olan təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün onların konstruksiyası və istismar qaydaları haqqında müvafiq sənəd olmalıdır.
      1. Təhlükə potensiallı obyektlərdə texniki qurğuları və avadanlığı istifadə edən hüquqi və fiziki şəxslərə texniki təhlükəsizlik üzrə sertifikatlaşdırmanın aparılması barədə Agentlik tərəfindən lazımi göstərişin verilməsindən;
      2. Sertifikatlaşdırmanın hansı göstəricilər və normativ-texniki sənədlər əsasında keçiriləcəyinin müəyyənləşdirilməsindən;
      3. Sertifikatlaşdırma proqramının hazırlanmasından;
      4. Sınaq nümunələrinin seçilməsi, sınağın keçirilməsi üçün akkreditasiya olunmuş laboratoriyanın (mərkəzlərin) təyin edilməsindən;
      5. Sınaq nümunələrinin identifikasiyasından;
      6. Sınaq proqramı və metodu üzrə sınaqların keçirilməsindən;
      7. Alınmış nəticələrin təhlili və sertifikatın verilməsi və ya verilməməsi barədə qərarın qəbul edilməsindən;
      8. Sertifikatın verilməsi və texniki təhlükəsizlik nişanı (əlavə 1) ilə markalanmasına icazə hüququ barədə sənədin hazırlanmasından;
      9. Sertifikatlaşdırılmış texniki qurğuya və avadanlığa təftiş nəzarətinin həyata keçirilməsindən.
    3. Agentliyin göstərişi əsasında, ərizəçi, müəyyən edilmiş formada sifarişi hazırlayıb Agentliyə təqdim edir.

      Texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün sifarişə aşağıdakı sənədlər əlavə olunur:

      1. İstismar sənədləri, uyğunluq sertifikatı (varsa), texniki və normativ sənədlər, eləcə də zəruri hallarda, ümumi görünüş cizgiləri və prinsipial sxemlər;
      2. Texniki təhlükəsizlik tələblərinə uyğunluq haqqında bəyannamə.
      1. Sınaq laboratoriyaları (mərkəzləri) ilə bağlanmış müqavilənin və ya kontraktın surəti və sertifikatlaşdırılan texniki qurğunun və avadanlığın dəstinin, onların istehsalçısından alındığını təsdiq edən qaimənin surəti (qaimədə, həmin dəstə daxil olan texniki qurğuların və avadanlığın nömrələri də göstərilə bilər);
      2. AZS Milli sertifikatlaşdırma sisteminin uyğunluq sertifikatı;
      3. Gigiyena sertifikatı;
      4. Elektromaqnit göstəriciləri üzrə sınaq protokolları;
      5. Dövlət ekoloji ekspertizasının rəyi;
      6. Texniki qurğu və avadanlıq üçün yanğın təhlükəsizliyi sertifikatı;
      7. İstismar sənədləri də daxil olmaqla, texniki və normativ sənədlər, eləcə də zəruri hallarda, ümumi görünüş cizgiləri və prinsipial sxemlər.
      1. Keçirilmiş sınaqların (texniki qurğular və avadanlıq qəbul edilərkən keçirilən sınaqların, vaxtaşırı sınaqların, təftiş sınaqlarının, xarici ölkələrdəki sınaq mərkəzlərində keçirilən sertifikatlaşdırma sınaqlarının) protokolları;
      2. Xarici ölkələrdəki laboratoriyalarda keçirilən sınaqların protokolları;
      3. Xarici ölkələr tərəfindən verilmiş sertifikatlar;
      4. İstehsalçının texniki (konstruksiya, texnoloji, istismar və s.) sənədləri;
      5. Digər lazım olan texniki sənədlər.

      1. Fərmanlar:
        Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli, 292 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”;
      2. Qərarlar:
        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2006-cı il tarixli, 120 nömrəli Qərarı və həmin qərarla təsdiq edilmiş “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları” və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”
      1. Partlayıcı maddələr və qurğular;
      2. Tezalışan maddələr və pirotexniki məmulatlar.

      Xüsusi icazə hüquqi və fiziki şəxslərə verilə bilər.

    1. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli, 292 nömrəli Fərmanı iləm təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na uyğun olaraq əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir:

      1. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə:
        1. Hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;
        2. Fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü.
      2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
        1. Ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;
        2. Əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq:
        3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;
        4. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;
        5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2006-cı il tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər)
      1. Partlayıcı maddələr və qurğuların dövriyyəsinə xüsusi icazə almaq üçün tələb olunan əlavə şərtlər:

        1. Partlayıcı maddələrin saxlanması qaydalarının tələblərinə cavab verən anbarların olması barədə sənəd;
        2. Xüsusi hazırlanmış xidməti heyətin partlayıcı materiallarla işləməyə buraxılması barədə sənəd;
        3. Partlayıcı maddələrin və qurğuların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
        4. Partlayıcı maddələrin və qurğuların avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitəsilə daşınma marşrutlarının müəyyən edilməsi barədə müvafiq sənəd;
        5. Qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
      2. Tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

        1. Tezalışan maddələr və pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulan obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
        2. Tezalışan maddələr və pirotexniki məmulatların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
        3. Mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;
        4. Qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
    2. Xüsusi icazədə aşağıdakılar göstərilir:

      1. Əşyaların dövriyyəsinə xüsusi icazəni verən dövlət orqanının adı;
      2. Xüsusi icazə verilən:
      3. Hüquqi şəxsin adı və hüquqi ünvanı;
      4. Fiziki şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);
      5. Əşyaların dövriyyəsinə xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi;
      6. Əşyaların dövriyyəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri.

      Əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının  rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir.


    1. Qərarlar:
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”
    2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”na uyğun olaraq təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrini idarə etməyə ən azı fasiləsiz 3 il sürücülük stajı və həmin növ nəqliyyat vasitəsini idarə etməyə uyğun kateqoriyalı sürücü vəsiqəsi olan, müvafiq qaydada təlimatlandırılmış və tibbi yoxlamadan keçmiş sürücülər buraxılır. Nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti haqqında qanunvericiliyin, bu qaydaların tələblərinə və təhlükəli yüklərin təhlükəsiz daşınma şərtlərinə əməl etməlidir.Təhlükəli yüklərin beynəlxalq daşınmasında avtomaşının sürücüsü sutkada 12 saatdan çox idarə etməyə məcbur olduğu təqdirdə xəttə iki sürücü göndərilir.Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə aşağıdakı sənədlər olmalıdır:

      1. Daşınmaya məsul şəxs olmadıqda təhlükəli yükün daşınma marşrutu (4 nömrəli əlavə);
      2. nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə (5 nömrəli əlavə);
      3. Sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə (7 nömrəli əlavə);
      4. Təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi (8 nömrəli əlavə).

      Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin yol vərəqəsinin sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yük» sözləri qeyd edilməlidir.

      Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsünə müəyyən edilmiş marşrutdan kənara çıxmağa icazə verilmir. O, göstərilən bütün tələbləri yerinə yetirməyə borcludur.

        1. Təhlükəli yüklərin daşınmasına yararlı (o cümlədən yanğından mühafizə şərtlərinə uyğun olmaqla) nəqliyyat vasitələrinin tipi;
        2. Səsboğanın yerinin dəyişdirilməsinin və qığılcımsöndürənin qoyulmasının labüdlüyü;
        3. Yanacaq çəninin avadanlıqlaşdırma yolu ilə təhlükəsizliyinin təmin edilməsi;
        4. Elektrik avadanlığı üzrə tələblər;
        5. Ban və çən, eləcə də onların avadanlıqlaşdırılması üzrə tələblər;
        6. Əlavə ləvazimatlar, həmçinin yanacaqsöndürmə, daşınan yükün neytrallaşdırılması, sürücünün və müşayiət edən şəxslərin fərdi mühafizəsi və s. üçün zəruri olan vasitələrlə nəqliyyat növlərinin təchiz edilməsi.
        1. Sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması şərtləri;
        2. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsünün məcburi dayanma (avtomaşının xarab olması, qabların zədələnməsi və s.) hallarında görəcəyi tədbirlər;
        3. Yol-nəqliyyat hadisələri zamanı sürücülərin görəcəyi tədbirlər;
        4. Təhlükəli yükləri daşıyarkən sürücünün əməl etməsi zəruri olan şərtlər.
        1. Qabların zədələnməsi və ya digər qəza şəraitində müşayiət edən şəxslərin görəcəyi tədbirlər;
        2. Nəqliyyat vasitələrinin məcburi dayanma hallarında (avtomaşın xarab olduqda və s.) müşayiət edən şəxslərin görəcəyi tədbirlər;
        3. Yol-nəqliyyat hadisəsi zamanı yükü müşayiət edən şəxslərin görəcəyi tədbirlər;
        4. Müşayiət edən şəxslərin hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə digər vəzifələri.
      1. Ərizə;
      2. Tutuma sahibliyi təsdiq edən sənəd;
      3. Sahibkarın vöen-i;
      4. Avtotutumun texniki pasportu;
      5. Şəhadətnamə verilən sahibkarla sürücü arasında münasibətləri xarakterizə edən müvafiq sənəd;
      6. Avtonəqliyyat vasitəsinə texniki baxışın keçirilməsini təsdiq edən sənəd;
      7. Sürücünün sürücülük vəsiqəsi;
      8. Sürücünün sağlamlığı haqqında arayış;
      9. Sürücünün təhlükəli yüklərin daşınmasına icazəverici vəsiqəsi;
      10. Sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması buraxılması haqqında şəhadətnamə;
      11. Təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi;
      12. Təhlükəli yükün daşınmasını həyata keçirən hüquqi və fiziki şəxs tərəfindən daşınacaq yük haqqında təsdiq olunmuş məlumat;

        Məlumata daxildir:
        1. Təhlükəli yükün adı;
        2. Təhlükəli yükün sinifi, sinifaltı;
        3. Alışma və partlama xüsusiyyəti, canlı orqanizm üçün təhlükəliliyi;
        4. Təcili tədbirlər kodu, BMT siyahısı üzrə qeydiyyat nömrəsi;
        5. Daşınma müddəti                                       -dan                                         -dək;
        6. Bir nəqliyyat vasitəsində daşınacaq təhlükəli yükün çəkisi, təhlükəli yükləri eyni vaxtda daşıyan nəqliyyat vasitələrinin sayı;
        7. Marşrutun başlanğıcı, sonu və onların arasındakı məntəqələr;
        8. Hərəkətin icazə verilmiş son sürət həddi;
        9. Çətin yol şəraitində və ya sutkanın gecə vaxtı hərəkət (icazə verilir və ya verilmir);
        10. Nəzərdə tutulan dayanma, gözləmə və yanacaq doldurma yerləri.
      13. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş avtosisternin tutumu haqqında pasport;
      14. Dövlət Yol Polisinin razılaşdırdığı daşıma marşrutu.   

    1. Qanunlar:

      “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2 iyun 2002-ci il tarixli, 619-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

      Fərmanlar:

      Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli, ““Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2 iyun 2002-ci il tarixli, 619-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” 20 iyun 2008-ci il tarixli, 783 nömrəli və ““Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərmanları

      Qərarlar:

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli, 39 nömrəli, “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli, 40 nömrəli və  ““Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı” və “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Qərarları

    2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.8-ci bəndinə uyğun olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

      1. Ərizə;
      2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
      3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
      4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud haqların ödənilməsi barədə qəbz;
      5. Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
    3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 3-cü bəndinə uyğun olaraq nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.

      Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

      1. Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
      2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
      3. Nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);
      4. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin ödənilməsi barədə qəbzlər.

      Yuxarıda qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

      Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə) texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir. Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı müvafiq qaydada qadağan edilir.


    1. Qeyd olunan sənədlərin verilməsinin normativ-hüquqi bazası:

      Partlayış işlərində vahid təhlükəsizlik Qaydaları – Keçmiş SSRİ Dağ-Mədən Texniki Nəzarəti – Moskva 1976

      Partladıcı şəxsin vahid kitabçası aşağıdakı 2 istiqamət üzrə verilir:

      1. Partlayış işlərinə rəhbərlik etmək üçün
      2. Partlayış işlərini aparmaq üçün

      “Partladıcı şəxsin vahid kitabçası”nın verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

      1. Şəxsin işlədiyi müvafiq müəssisə tərəfindən müraciət məktubu
      2. Şəxsin “Partlayış işlərində vahid təhlükəsizlik Qaydaları”na uyğun tədris və təlim kursunu bitirməsi haqqında sənədin surəti
      3. Agentliyin nümayəndəsinin sədrliyi ilə müəssisə tərəfindən təşkil edilmiş komissiyada partladıcı şəxsin biliklərinin yoxlaması haqqında müvafiq protokolun surəti

    1. Qanunlar:

      “Təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismarı Qaydaları”
      1. İstehsalat sahəsi və texniki avadanlıqlar barədə məlumat;
      2. Sınaq işlərinin aparılması üçün xüsusi hazırlığa malik olan cavabdeh mühəndis texniki işçilər barədə əmrin surəti;
      3. Cavabdeh şəxslərin və xidməti heyyətin biliklərinin yoxlanılması protokolları;
      4. Balonlarda sınağın aparılması üçün müvafiq təlimat və damğanın surəti;
      5. Sınağın aparılması üçün stendin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən keçməsi haqqında şəhadətnamənin surəti.

    1. Qanunlar:

      “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu – 02 noyabr 1999-cu il, № 733-IQ

      Fərmanlar:

      «“Texniki təhlükəsizlik haqqında” Azərbaycan  Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2000-ci il tarixli, 269 nömrəli Fərmanı

      Qərarlar:

      “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2001-ci il tarixli, 67 nömrəli Qərarı və həmin qərarla təsdiq edilmiş “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”

      1. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
      2. Təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
      3. Təhlükə potensiallı obyektdəki bina və tikililərə;
      4. Texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.

      “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın 2.3-cü bəndinə uyğun olaraq ekspertizanın keçirilməsi şərtlərini müəyyənləşdirən sifariş və yaxud başqa sənədlər:

      Ekspertiza sifarişçinin sifarişi və yaxud başqa sənədlər əsasında, sifarişçi ilə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (ADƏMTTETİ) arasında razılaşdırılmış şərtlərə uyğun olaraq keçirilir.

      Ekspertizanın keçirilməsi üçün sənədlər ilkin danışıqlar aparılandan sonra tərtib edilir.

      Sənədlərdə:

      1. Müqavilə bağlayan tərəflər müəyyən edilir;
      2. Ekspertiza obyektləri müəyyən edilir;
      3. Qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq obyektin ekspertizasını keçirmək üçün zəruri olan məlumatların siyahısı verilir;
      4. Ekspertizanın nəticələrindən asılı olmayaraq, sifarişçinin ekspertiza keçirilməsi üçün zəruri olan tələblərə əməl etməyə, o cümlədən ekspertizanın keçirilməsi prosesi ilə bağlı xərcləri ödəməyə razı olması təsdiq edilir;
      5. Ekspertizanın keçirilməsi müddətləri müəyyən edilir.

      Ekspertizanın keçirilməsi müddəti ekspertiza obyektinin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir, lakin bu müddət qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq, lazımi materiallar və sənədlərin tam dəst halında alındığı andan etibarən üç aydan çox olmamalıdır.

      ADƏMTTETİ, yalnız qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq lazımi materialları və sənədləri tam dəst halında aldıqdan sonra ekspertiza keçirməyə başlayır.

    2. Ekspertiza rəyində aşağıdakılar əks etdirilməlidir:
      1. Ekspertiza rəyinin adı;
      2. Ekspertizanın keçirilməsi üçün əsasdan, ekspertizanı aparan təşkilat haqqında məlumatlardan, ekspertlər haqqında və texniki təhlükəsizlik ekspertizası keçirmək hüququnu təsdiq edən xüsusi razılığın (lisenziyanın) olması barədə məlumatlardan ibarət olan giriş hissəsi;
      3. Ekspertiza rəyinin qüvvəsinin şamil edildiyi ekspertiza obyektlərinin siyahısı;
      4. Sifarişçi haqqında məlumatlar;
      5. Ekspertizanın məqsədi;
      6. İdentifikasiya üçün zəruri olan şifrəsi, nömrəsi, markası və yaxud başqa işarələri (indikasiyası) olan materialların həcmi göstərilməklə (ekspertiza obyektindən asılı olaraq) ekspertiza prosesində nəzərdən keçirilmiş sənədlər (layihə, konstruktor və istismar sənədləri, texniki təhlükəsizliyə dair bəyannamə), avadanlıq və s. haqqında məlumatlar;
      7. Ekspertiza obyektinin qısa xarakteristikası və onun təyinatı;
      8. Keçirilmiş ekspertizanın nəticələri;
      9. Əsaslandırılmış nəticələrdən, eləcə də texniki həllər və kompensasiya tədbirlərinin keçirilməsinə dair tövsiyələrdən ibarət olan yekun hissə;
      10. Ekspertiza zamanı istifadə edilmiş normativ-texniki və metodiki sənədlərin, eləcə də sınaq aktlarının (sınaqlar ADƏMTTETİ-nin qüvvələri ilə keçirildiyi halda) siyahısından ibarət əlavə.

      Ekspertiza rəyi ADƏMTTETİ-nin rəhbəri tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir, tikilir və tikilmiş səhifələrin sayı göstərilməklə sifarişçiyə verilir.

      Ekspertiza rəyi baxılması və müəyyən olunmuş qaydada təsdiq edilməsi üçün Agentliyə təqdim edilir.
Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları