23 iyun 2017--ci il, 15:55
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi

AZ1025, Bakı şəhəri,
Xətai rayonu, Nəcəfqulu
Rəfiyev küçəsi, 26

tel.: (012) 512-15-01
faks: (012) 512-15-01
e-poçt: dag-meden@fhn.gov.az

Sorğu
Agentliyin fəaliyyəti ilə bağlı hansı məlumatları əldə etmək istərdiniz?
Agentliyin fəaliyyət istiqamətləri haqqında
Agentlik tərəfindən müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün verilən icazələr haqqında
Teхniki təhlükəsizliyi tənzimləyən qanunverici aktlar haqqında
Fəaliyyət istiqamətləri

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı sənaye və dağ- mədən sahələri üzrə işlərin təhlükəsiz görülməsinə nəzarəti həyata keçirir:

  • Neft və qazçıxarma sənayesi;
  • Qazan, qaldırıcı və energetika qurğuları;
  • Maye və təbii qaz obyektləri;
  • Yerin təkinin mühafizəsi və dağ-mədən işləri;
  • Kimya, neftkimya və neftqaz emalı sənayesi;
  • Taxıl məhsulları müəssisələri;
  • Metallurgiya sənayesi;
  • Təhlükə potensiallı sənaye avadanlıqlarınm istehsalı və emal sənayesi;
  • Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınması;
  • Təhlükəli    yüklərin dəmiryolu nəqliyyatı ilə daşınması;
  • 11. Texnoloji nəqliyyat qurğulan vasitələri;
  • 12. Təhlükəli yüklərin hava və su nəqliyyatı ilə daşmması;
  • Magistral boru kəmərləri.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılmasını, bəzi fəaliyyət növlərinə xüsusi razılıqlarm (lisenziyaların) verilməsini, təhlükə potensiallı obyektlərin dövlət reyestrinin aparılmasını həyata keçirir.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tərkibində Azərbaycan Dövlət Əməyin Mühafızəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və İstehsalat Mərkəzi MMC fəaliyyət göstərir.

AzDƏMTTETİ sənaye sahələrində texniki təhlükəsizliyin və əməyin mühafızəsinin təmini üzrə qaydalann, normativ-texniki və metodik sənədlərin, standartların, təlimatların və istehsalat sanitariyası və gigiyienası ilə əlaqədar olan rəhbər səııədlərin işlənib hazırlanması, sənaye, dağ-mədən, tikinti və bütün növ xidmət obyektlərinin qəza hallanndan mühafizə olunma dərəcələrinin müəyyənləşdirilməsi, onlann fiziki müdafıə və qorunma tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətlərində fəliyyəti həyata keçirir.

Agentliyin tərkibində fəaliyyət göstərən qurumlardan biri də "İstehsalat Mərkəzi" MMC-dir. Mərkəz fövqəladə halların qarşısınm alınması və nəticələrinin aradan qaldırılması üçün istifadə olunan maşın, mexanizm, avadanlıq, inventarların istehsalı və satışı, həmçinin müvafıq sahədə xidmətlərin göstərilməsini həyata keçirir.

Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları