AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. 17 oktyabr 2018-ci il


Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​ 13 oktyabr 2018-ci il


Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. 10 oktyabr 2018-ci il


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır ...


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə ...


Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanmışdır ...

Ümumi məlumat


AR Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 N-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 

Vahid siyasət

Nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

Təhlükəsizliyin tənzimlənməsi

Nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir. Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

Qanunvericilik

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

Rəhbərlik haqqında məlumat


Hüseynov Vüqar İsfəndiyar oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi.

02.05.1971 tarixində Gədəbəy rayonunda anadan olub. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
Fizika-riyaziyyat elmləri namizədidir. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri:
cümə günləri 17:00-18:00

Əmiraslanov Xəzər Kamal oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

20.02.1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Robot-Texnikası fakultəsini və Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.