AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİK HƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.  21 fevral 2018-ci il


Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 16 fevral 2018-ci il tarixdə paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsinin dəniz kənarı ərazilərində kiçikhəcmli gəmi istifadəçiləri ilə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı”na dair maarifləndirmə tədbiri keçirmişdir. 16 fevral 2018-ci il


15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. 15 fevral 2018-ci il


Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m2 sahədə və çardağı 50 m2 sahədə yanmışdır...


Ucar rayonu, Çiyni kəndində ümumi sahəsi 80 m2 olan tövlənin yanar konstruksiyaları 30 m2 sahədə və içərisinə yığılmış 700 kq ot bağlaması yanmışdır...


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin  təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini və istismarına texniki nəzarəti təşkil edir və həyata keçirir, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarının təhlükəsizliyinə nəzarət edir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti və əlaqələndirməni həyata keçirir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda insanların axtarışını və xilas edilməsini təmin edir.

 

Xidmətin vəzifəsi.

kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir, kiçikhəcmli gəmilərə dövlət (bort) nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir, kiçikhəcmli gəmi sürücülərinin hazırlığı üzrə kursları bitirmiş şəxsləri imtahandan keçirir və imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə sürücülük vəsiqəsi verir, dalğıc və xilasedicilərin hazırlanmasını təşkil edir, onların peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür. .

Əhalinin maarifləndirilməsi.

kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparır və bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir.

Üzmə təhlükəsizliyi.

konstruksiyasından və gücündən asılı olaraq gəminin sərnişin tutumunu, yükgötürümünü, mühərriklərin maksimal gücünü və sayını, yelkənlər üçün yolverilən sahəni, üzmə ərazisini, gəminin üzməsi üçün yolverilən dalğa hündürlüyünü, gəminin sualtı hissəsini və minimal suüstü bortunu, onun xilasetmə və yanğındanqoruma vasitələri ilə, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı ilə bağlı məcburi şərtləri, normaları və texniki tələbləri müəyyən edir, kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür.

Rəhbərlik haqqında məlumat


Fəradov Rüfət Lətif oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət polkovniki.
16 dekabr 1960-cı ildə Bakı şəhərində anadan olub. SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbini və SSRİ DİN Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Ailəlidir, 2 övladı var
Qəbul günləri:
Həftənin I günü saat 15.00-18.00, III günü saat 10.00-13.00, V günü saat 15.00-18.00

 

Məmmədov Fəxrəddin Nağı oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini daxili xidmət polkovnik leytenantı.
01 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Qəbul günləri:
Həftənin II günü saat 15.00-18.00, IV günü saat 10.00-13.00

 

Cəbiyev Elxan Əjdər oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini.
19 aprel 1953-cü ildə Bakı şəhərində anadan olub. SSRİ Moskva Mülki Müdafiə Məktəbini və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Ailəlidir, 2 övladı var.
Qəbul günləri:
II günü saat 10.00-13.00, IV günü saat 15.00-18.00