23 may 2017--ci il, 12:51
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə
Dövlət Müfəttişliyi

AZ1025, Bakı şəhəri,
Xətai rayonu, Nəcəfqulu
Rəfiyev küçəsi, 26


tel.: (99412) 512-17-37
faks: (99412) 512-17-21
e-poçt: khgdm@fhn.gov.az

Sorğu
Kiçik həcmli gəmini istismarı zamanı hansı təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirirsiniz?
Xilasedici avadanlıqlarla tam təmin olunmasına
Hava şəraitinin əlverişli olmasına
Bütün təhlükəsizlik qaydalarına əməl edirəm
Dənizə çıxarkən heç bir qaydalara məhəl qoymuram
Qurumun göstərdiyi xidmət
Gəmilərin qeydiyyatı
    1. Ümumi müddəalar
      1. Hazırkı qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə və 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus kiçik həcmli gəmilərin (bundan sonra - gəmilər) dövlət qeydiyyatına alınması qaydalarını müəyyən edir;
      2. Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərə məxsus gəmilərin dövlət qeydiyyatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra - Müfəttişlik) tərəfindən həyata keçirilir;
      3. Hüquqi və fiziki şəxslər onlara məxsus gəmiləri texniki vəziyyətindən asılı olmayaraq, satın aldıqları və ya gömrük qeydiyyatından keçdiyi andan, yaxud qeydiyyat zərurətinə səbəb olan vəziyyət yarandıqdan 10 gün müddətində dövlət qeydiyyatına alınmaq üçün Müfəttişliyin müvafiq şöbəsinə ərizə ilə müraciət etməlidirlər;
      4. Hüquqi şəxslərə məxsus gəmilər onların hüquqi ünvanı və ya dayanacaq yeri üzrə, fiziki şəxslərin mülkiyyətində olan gəmilər isə onların sahiblərinin yaşadığı ünvan və ya dayanacaq yeri üzrə dövlət qeydiyyatına alınır;
      5. Fərdi qaydada tikilmiş gəmilərin ilkin texniki sənədləri olmadıqda onlara lazımi sənədləri vermək səlahiyyəti olan təşkilatlardan texniki sənədlərin alınması prosedurundan və ilkin texniki müayinədən keçdikdən sonra dövlət qeydiyyatına alınır;
      6. Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
      1. Gəmilərin dövlət qeydiyyatı onların sahibləri tərəfindən yaşayış yeri və ya gəminin dayanacaq yeri üzrə ərizə ilə müraciət olunduqda və zəruri sənədlər qeydiyyat orqanına daxil olduğu andan 10 gün müddətində həyata keçirilir;
      2. Gəmi sahibləri və ya onların adından qanunvericiliyə müvafiq olaraq etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndələri tərəfindən gəmilərin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilir:
        1. gəmi sahibi tərəfindən doldurulmuş ərizə kartı (əlavə 1);
        2. gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;
        3. Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd;
        4. gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır):
          1. qaimə;
          2. alqı–satqı və ya bağışlanma müqaviləsi;
          3. vərəsəlik haqqında şəhadətnamə;
          4. xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd;
        5. Müfəttişlik tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı;
        6. Zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti;
        7. Gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənəd;
        8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər.
      3. Dövlət qeydiyyatına təqdim olunmuş bütün sənədlərdə aparılan qeydlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır (və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət dilinə tərcümə);
      4. Qeydiyyat zamanı təqdim olunan rəsmi xarici sənədlər Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və ya konsulluqlarında müəyyən olunmuş qaydada təsdiq edilməlidir.
      5. Hüquqi şəxsə məxsus olan gəminin dövlət qeydiyyatı üçün bu Qaydaların 2.2 bəndində göstərilənlərdən əlavə aşağıdakı sənədlər təqdim olunur:
        1. hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən şəhadətnamənin əsli və surəti;
        2. qeydiyyatdan keçirilən gəminin, müəssisənin balansında olması haqqında arayış;
        3. gəminin istismarına görə məsul şəxsin təyinatı haqqında, müəssisə rəhbəri tərəfindən verilmiş əmrin surəti;
        4. dövlət qeydiyyatı üçün lazım olan sənədləri Müfəttişliyə təqdim edən şəxsə verilmiş etibarnamə.
      6. Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə məxsus olan gəmilərin dövlət qeydiyyatı ümumi əsaslarla həyata keçirilir;
      7. Qeydiyyatdan keçmiş gəmiyə gəmi bileti təqdim edildikdən sonra qeydiyyat üçün təqdim edilmiş sənədlərin əsli qaytarılır;
      8. Qeydə alınmış gəmiyə bort nömrəsi və gəmi sahibinə gəmi bileti verilir;
      9. Ərizə kartı Müfəttişliyin arxivində saxlanılır;
      10. Gəminin dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş sənədlərdə müəyyən olunmuş qaydada təsdiq edilməmiş qeydlər, silinmiş sözlər və digər düzəlişlər olduğu halda sənədlər icraya qəbul edilmir;
      11. Vərəsəlik üzrə alınmış gəmilərdən başqa, gəmilərin qeydiyyatı 16 yaşına çatmış şəxslər üçün edilə bilər. Gəmi vərəsəlik hüquqi ilə 16 yaşına çatmamış şəxsin adına qeydə götürülərkən qeyd vərəqində valideyinin və ya qəyyumun soyadı, adı, atasının adı yazılır və qeyd olunur ki, valideyinlərin, himayədar orqanların və qəyyumun razılığı olmadan gəminin qeydiyyatdan çıxarılması qadağandır;
      12. Qeydiyyata götürülməmiş gəmilərin istismarı qadağandır.
      1. Gəmilər aşağıdakı hallarda təkrar dövlət qeydiyyatına alınırlar:
        1. gəmi sahibinin yaşayış yeri və ya gəmilərin daimi dayanacaq yeri dəyişdirildikdə;
        2. gəminin sahibi dəyişildiyi halda;
        3. gəmi biletinə daxil edilmiş göstəricilər dəyişdirildikdə - gəminin konstruksiyasında dəyişikliklər olduqda, mühərriklərin sayı dəyişdikdə, həmçinin, mühərrik daha güclü mühərriklə əvəz olunduqda;
      2. Gəminin təkrar dövlət qeydiyyatı aşağıda göstərilən sənədlər təqdim olunduğu halda həyata keçirilir:
        1. gəmi sahibinin ərizəsi;
        2. təkrar dövlət qeydiyyatının aparılması zərurətini təsdiq edən sənəd;
        3. gəmi bileti;
        4. gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;
        5. təkrar dövlət qeydiyyatına görə müəyyən olunmuş haqqın ödənilməsini təsdiq edən sənəd;
        6. gəminin istismara yararlı olması haqqında texniki baxış aktı;
        7. Gəmi təkrar dövlət qeydiyyatına alındıqda gəmi sahibinə yeni gəmi bileti verilir və ya mövcud olan gəmi biletində müvafiq düzəlişlər edilir;
      3. Gəminin mühərriki daha zəif və ya eyni gücə malik mühərriklə əvəz olunduqda gəmi təkrar dövlət qeydiyyatına alınmadan qeydiyyat reyestr kitabında və gəmi biletində müvafiq düzəlişlər edilir;
      1. Gəmi biletinin alınması faktı, gəmi mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin qeydiyyat reyestr kitabında imzası ilə təsdiq edilir.
      2. Gəmi gəmi mülkiyyətçisinin adına qeydiyyata alınır;
      3. Gəminin bir neçə mülkiyyətçisi varsa dövlət qeydiyyatı və mülkiyyət hüququ ərizə kartında göstərilmiş mülkiyyətçilərə ayrılmış pay göstərilməklə pay hüququna malik olan hüquqi və ya fiziki şəxslərin hər birinin adlarına ayrıca həyata keçirilir;
      4. Gəmi dövlət qeydiyyatına alındıqdan sonra gəmiyə gəmi bileti verilir. Gəmi bileti gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu və sahibinə məxsusluğunu təsdiq edir;
      5. Gəmi bileti gəminin qeydiyyatını təsdiq edən sənəd olmaqla qeydiyyat nömrəsinə malikdir. Gəmi biletləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə hazırlanır;
      6. Gəmi bileti gəmi sahibinin sərəncamında olur. Gəmidə müəyyən olunmuş qaydada təsdiq edilmiş gəmi biletinin surəti saxlanılır;
      7. Gəmi sahibinin mülkiyyətində bir neçə gəmi varsa onların dövlət qeydiyyatı zamanı hər bir gəmi üçün qeydiyyat sənədləri ayrılıqda tərtib olunaraq, gəmi bileti verilir;
      8. Gəmi biletində gəminin təsnifatı və məxsusluğu haqqında qeydlər aparılır;
      9. Gəmi biletinə aşağıda göstərilən məlumatlar daxil edilir:
        1. gəminin adı və tipi;
        2. yaxtalar üçün dərəcə nişanı;
        3. təyinatı;
        4. gəminin ölçüləri: uzunluğu, eni, bort hündürlüyü, suya oturumu, tutumu;
        5. gövdənin materialı;
        6. sərnişin götürmə qabiliyyəti;
        7. yük götürmə qabiliyyəti;
        8. tikildiyi il və yer;
        9. mühərriklərin adı, tipi, sayı, idarə olunması, zavod nömrəsi, gücü;
        10. ehtiyat mühərriklərin sayı, adı, gücü;
        11. xilasedici avadanlıqlarla təminatı;
        12. üzmə rayonu;
        13. dayanacaq yeri;
        14. gəminin bort nömrəsi, seriyası, reyestr nömrəsi;
        15. gəmi sahibi və onun ünvanı.
      10. Gəmi bileti 5 (beş) il müddətinə verilir;
      11. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq gəmi bileti itdikdə və ya yararsız hala düşdükdə mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi əsasında gəmi yenidən texniki baxışdan keçirilir və gəmiyə gəmi biletinin dublikatı verilir. Gəmi biletində “DUBLİKAT” möhürü vurularaq, qeydiyyat kitabında müvafiq qeydlər aparılır.
      1. Bu Qaydaların 5.3. bəndində göstərilən hallar istisna olmaqla, gəminin bort nömrəsi dörd rəqəmdən, seriyası isə Azərbaycan əlifbasının üç hərfindən ibarət olur;
      2. Fiziki şəxslərə məxsus gəmilərdə seriya nömrədən əvvəl, hüquqi şəxslərə məxsus gəmilərdə isə seriya nömrədən sonra yazılır;
      3. Xarici vətəndaşlara məxsus gəmilərdə seriya iki hərfdən ibarət olmaqla nömrə yazılışı 5.2.-ci bənddə göstərilən qaydada aparılır;
      4. Bort nömrəsi yuyulmayan boya ilə gəminin hər iki bortuna gövdə uzunluğunun burun hissəsindən 1/4 aralıq məsafədə yazılır. Hərflərin və rəqəmlərin hündürlüyü 150 mm, eni 100 mm, xəttin qalınlığı isə 15–20 mm təşkil etməlidir;
      5. Gəminin konstruktiv xüsusiyyətlərində göstərilən tələblərin yerinə yetirilməsi mümkün olmadıqda, nömrə Müfəttişliyin müəyyən etdiyi yerdə yazılır.
      1. Gəmi sahibinin təqdim etdiyi ərizə-kartda göstərdiyi ad gəmiyə verilir;
      2. Gəminin adı hər iki bortunda, gəminin burun hissəsində yazılır.
      1. Gəminin dövlət qeydiyyat reyestr kitabına (əlavə 4) aşağıda göstərilən əsas məlumatlar daxil edilir:
        1. qeydiyyatın sıra nömrəsi, gəminin qeydiyyat nömrəsi və onun qeydiyyat tarixi;
        2. gəminin qeydiyyatda olduğu yer;
        3. gəminin adı (gəmi sahibinin ərizəsində qeyd olunan gəminin adı) və gəminin çağırış siqnalı;
        4. gəminin növü və təyinatı;
        5. gəmiqayırma tərsanəsinin adı, gəminin istehsal olunduğu yer və il;
        6. gəminin zavod nömrəsi, gövdənin materialı, onun əsas ölçüləri, tutumu, tam yük götürmə qabiliyyəti, sərnişin götürmə qabiliyyəti, üzmə rayonu;
        7. əsas və asma mühərriklərin zavod nömrəsi və gücü;
        8. mülkiyyətçinin adı, vətəndaşlığı, ünvanı, hüquqi şəxs üçün isə dövlət qeydiyyatı barədə məlumatlar (gəminin bir neçə mülkiyyətçisi olduqda ümumi mülkiyyətdə pay bölgüsü göstərilməklə);
        9. gəmi sahibinin mülkiyyət hüququnu təsdiq edən sənəd;
        10. gəminin dövlət qeydiyyatını aparan vəzifəli şəxsin və gəmi sahibinin imzası;
        11. gəminin qeydiyyatdan çıxma səbəbi və tarixi.
      1. Gəminin dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edilir:
        1. səlahiyyəti olmayan şəxs tərəfindən qeydiyyata alınmaq üçün müraciət olunduqda;
        2. gəminin əvvəlki reyestrindən çıxarılması ilə bağlı tələblərə riayət olunmadıqda;
        3. dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda.
      2. Gəmi dövlət qeydiyyatına götürülmədikdə imtina hallarının konkret səbəbləri Müfəttişliyin rəhbərliyi tərəfindən gəmi sahibinə yazılı şəkildə təqdim edilir;
      3. Gəminin dövlət qeydiyyatı qanunvericiliyin və bu Qaydaların tələbləri pozularaq həyata keçirildikdə, həmçinin imtina üçün əsas olan hallar gələcəkdə müəyyən edildikdə dövlət qeydiyyatı etibarsız hesab olunur.
        Bu halda gəmi bileti dövlət qeydiyyatı orqanına təhvil verilərək, üzərində “qeydiyyat etibarsızdır” qeydi aparılır. Bu cür qeydlər dövlət qeydiyyat reyestr kitabında və qeydiyyatdan çıxarılmış gəmilər üçün arxivdə saxlanılan ərizə kartında da aparılır;
      4. Dövlət qeydiyyatından keçməyən gəminin istismara buraxılması qadağandır;
      5. Müfəttişlik tərəfindən gəmiyə verilmiş ad və bort nömrəsi gəminin gövdəsində yazılmadan, gəminin istismara buraxılmasına icazə verilmir;
      6. Gəmi biletinə daxil edilmiş məlumatlardan əlavə gəmidə hər hansı bir dəyişiklik edildiyi halda, gəmi mülkiyyətçisi Müfəttişliyə bu cür dəyişikliyin olduğu gündən etibarən 10 gün ərzində məlumat verməlidir;
      7. Gəmi texniki cəhətdən tamamilə işlənib sıradan çıxdıqda, yaxud məhv olduqda texniki baxış zamanı bu hallar aktla təsdiq edildikdə gəminin silinməsi üçün Müfəttişlik tərəfindən qərar çıxarılır və dövlət reyestr kitabında müvafiq qeydlər edilir. Belə hallarda gəmi bileti alınır və Müfəttişliyin arxivində saxlanılır;
    1. Ümumi müddəalar

      İcazə verici sənəd:

      • Məqsədi: Fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması;
      • Müddəti: 5 il;
      • Məbləği: Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi - 10 manat
        Kiçik həcmli gəmilərin qeydiyyata alınması - 5 manat;
      • Verilməsinə tələb olunan müddət: 10 gün.
    2. Fiziki şəxslər üçün:

      1. Gəmi sahibi tərəfindən doldurulmuş ərizə kartı;
      2. Gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;
      3. Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd;
      4. Gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır): 
        1. Qaimə;
        2. Alqı–satqı və ya bağışlanma müqaviləsi;
        3. Vərəsəlik haqqında şəhadətnamə;
        4. Xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd.
      5. Müfəttişlik tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı;
      6. Zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti;
      7. Gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənəd;
      8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər.

      Hüquqi şəxslər üçün yuxarıda göstərilənlərdən əlavə:

      1. Hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən şəhadətnamənin əsli və surəti;
      2. Qeydiyyatdan keçirilən gəminin, müəssisənin balansında olması haqqında arayış;
      3. Gəminin istismarına görə məsul şəxsin təyinatı haqqında, müəssisə rəhbəri tərəfindən verilmiş əmrin surəti;
      4. Dövlət qeydiyyatı üçün lazım olan sənədləri Müfəttişliyə təqdim edən şəxsə verilmiş etibarnamə.
  1. Ümumi müddəalar

    İcazə verici sənəd:

    • Məqsədi: Gəminin texniki sənədləri yoxlanilaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələblər və normalar, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəmini üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatının yoxlanması;
    • Müddəti: 1 il;
    • Alınması üçün tələb olunan sənədlər: Texniki baxış aktı;
    • Məbləği: 5 manat;
    • Verilməsinə tələb olunan müddət: 10 gün.
    1. Ümumi müddəalar

      İcazə verici sənəd:

      1. Məqsədi: Bazanın təşkilinə dair texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, qəza-xilasedici avadanlıqla komplektləşdirilməsi, buraxılış rejiminin təşkili və həyata keçirilməsi, gəmilərin təhlükəsiz dayanmasının təminatı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanmasının Müfəttişlik tərəfindən yoxlanılması;
      2. Müddəti: 1 il;
      3. Məbləği: 10 manat.
      1. Bazanın illik texniki baxışdan keçirilməsinə dair akt;
      2. Müfəttişlik tərəfindən bazaya verilmiş texniki şəhadətnamə;
      3. Bazanın məxsus olduğu hüquqi və fiziki şəxslər tərəfindən bazaların və körpülərin istismarına cavabdeh olan şəxslər barədə verilmiş əmr;
      4. Avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlama anbarı;
      5. Kiçik həcmli gəmilərin dayanacaqda zəncir və qıfılla körpüyə bərkidilməsi təmin edilməlidir;
      6. Baza və körpülərin mühafizə otağı;
      7. Bazanın bütünlüklə işıqlandırılmasının təmin olunması;
      8. Bazanın radiotelefon rabitəsi və səsgücləndirici ilə təmin olunması;
      9. Körpülərdə gəmilərin elektrik cərəyanı ilə təmin olunması üçün lövhələr;
      10. Bazada gəmilərin təmiz və texniki su ilə təmin olunması üçün su xətləri;
      11. Bazada 6-8 metr hündürlüyündə müşahidə qülləsi;
      12. Baza və körpülərdə qeydiyyatda olan gəmi və üzən qurğuların dayanacaqlarında, onların sayı, növü göstərilməklə nömrələnmiş lövhələr;
      13. Gəmilərin istismar qaydalarından çıxarış;
      14. Gəmilərin bazaya girişi və çıxışı haqqında qeydiyyat kitabı;
      15. Gəmilərin mühafizəçiyə təhvil verilməsi haqqında qeydiyyat kitabı;
      16. Əməyin mühafizəsi və texniki təhlükəsizlik kitabı;
      17. Gəmi və qurğuların mühafizəsini aparan şəxslərin vəzifə öhdəlikləri haqqında təlimat;
      18. Kiçik həcmli gəmi sahiblərinin və gəmidən istifadə etmək hüququ olan şəxslərin ev ünvanları və əlaqə telefonları;
      19. Bazaya ən yaxın polis şöbəsi, tibb məntəqəsi, sahil mühafizə və xilasetmə məntəqələrinin ünvanı və əlaqə telefonları.

    2. Qeyd:Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi gəmilərin dayanacaq bazalarının istismarına və texniki baxışdan keçirilməsinə bu Qaydalara uyğun olaraq  dövlət nəzarətini həyata keçirir və bazaların tikintisi layihələrinə rəy verir.

      Bazaların tikilməsinə rəy verilməsi üçün aşağıda göstərilən sənədlər təqdim edilir:
    1. torpaqdan istifadə etmək üçün dövlət aktı və texniki pasport;
    2. bazanın və körpülərin istismarı üçün gömrük və sərhəd xidmətinin razılıq məktubu;
    3. Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq qurumları tərəfindən verilən aktlar;
    4. yük qaldırıcı qurğuların, körpülərin və pirslərin sınaq baxış aktı.
Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya
    1. Ümumi müddəalar
      1. Hazırkı qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə və 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus kiçik həcmli gəmilərin (bundan sonra - gəmilər) dövlət qeydiyyatına alınması qaydalarını müəyyən edir;
      2. Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərə məxsus gəmilərin dövlət qeydiyyatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra - Müfəttişlik) tərəfindən həyata keçirilir;
      3. Hüquqi və fiziki şəxslər onlara məxsus gəmiləri texniki vəziyyətindən asılı olmayaraq, satın aldıqları və ya gömrük qeydiyyatından keçdiyi andan, yaxud qeydiyyat zərurətinə səbəb olan vəziyyət yarandıqdan 10 gün müddətində dövlət qeydiyyatına alınmaq üçün Müfəttişliyin müvafiq şöbəsinə ərizə ilə müraciət etməlidirlər;
      4. Hüquqi şəxslərə məxsus gəmilər onların hüquqi ünvanı və ya dayanacaq yeri üzrə, fiziki şəxslərin mülkiyyətində olan gəmilər isə onların sahiblərinin yaşadığı ünvan və ya dayanacaq yeri üzrə dövlət qeydiyyatına alınır;
      5. Fərdi qaydada tikilmiş gəmilərin ilkin texniki sənədləri olmadıqda onlara lazımi sənədləri vermək səlahiyyəti olan təşkilatlardan texniki sənədlərin alınması prosedurundan və ilkin texniki müayinədən keçdikdən sonra dövlət qeydiyyatına alınır;
      6. Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
      1. İmtahan komissiyası Müfəttişliyin rəisi tərəfindən formalaşdırılır;
      2. İmtahan komissiyasının tərkibinə Müfəttişliyin əməkdaşları, ali və orta texniki ixtisası olan su nəqliyyatı mütəxəssisləri daxil edilir;
      3. İmtahan komissiyasının sədri Müfəttişliyin rəisi tərəfindən təyin edilir;
      4. İmtahan komissiyasının gündəliyi, komissiyanın tərkibində daxil olan şəxslərin siyahısı, hər il yanvar ayının onundan gec olmayaraq Müfəttişliyin rəisi tərəfindən təsdiq edilir;
      5. İmtahan komissiyasının tərkibi, 3 (üç) nəfərdən az olmamaq şərti ilə müəyyən edilir;
      6. Kiçik həcmli gəmilər üzrə gəmisürücüləri hazırlayan kursların və məktəblərin müəllimləri, imtahan komissiyasının tərkibinə daxil edilmirlər;
      7. İmtahan biletləri bu Qaydalara və Müfəttişlik tərəfindən tərtib olunmuş müvafiq proqramın tələblərinə əsasən hazırlanır və Müfəttişliyin rəisi tərəfindən təsdiq edilir.
      1. Kiçik həcmli gəmisürücülərinin imtahana buraxılması üçün imtahan komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir:
        1. Gəmisürücüsünün ərizəsi;
        2. Gəmisürücüsü ixtisası üzrə təhsil müəssisəsini bitirməsi haqqında diplomun (şəhadətnamənin) surəti və ya gəmisürücülük üzrə kursları (məktəbləri) bitirməsi haqqında arayış;
        3. Sağlamlıq haqqında arayış;
        4. 3x4 ölçüdə 2 ədəd şəkil;
        5. Gəmisürücüsünün şəxsiyyətini təsdiq edən sənəd (imtahan günü təqdim olunur).
      2. Gəmisürücüsü 3.1-ci bənddə göstərilən sənədlərin hamısını təqdim etmədikdə imtahana buraxılmır;
      3. İmtahana buraxılma 3.1-ci bənddə göstərilən sənədlər yoxlanıldıqdan sonra İmtahan Kommissiyasının sədri tərəfindən həyata keçirilir;
      4. İmtahana burtaxılma haqqında qərar imtahan kommissiyasının təqdimatına əsasən Müfəttişliyin rəisi tərəfindən qəbul edilir;
      5. Gəmisürücüsü imtahana buraxılmadıqda, imtinanın səbəbi göstərilməklə təqdim etdiyi sənədlər geri qaytarılır;
      6. Gəmisürücülərinin imtahana buraxılmaması ilə razı olmadığı halda onun ərizəsinə Müfəttişlik tərəfindən ərizə daxil olduğu gündən beş gün müddətində baxılır;
      7. İmtahan komissiyasının sədri:
        1. İmtahan komissiyasının iclasını keçirir, məsul katibin təyin olunması haqqında Müfəttişliyin rəisinə təqdimat verir;
        2. İmtahan götürən şəxslərin və məsul katibin adı və soyadını protokola daxil edir;
        3. Kommissiya üzvləri arasında vəzifə bölgüsü aparır;
        4. Kommissiyanın iş qaydasını tərtib edir;
        5. Biletlərlərin və ya test suallarının, əyani vasitələrin, plakatların, maketlərin mövcudluğunu təmin edir;
        6. İstifadə olunan texniki vəsaitlərin sazlığını yoxlayır.
      1. İmtahan kommissiyasının məsul katibi imtahan verənə şəxsiyyəti təsdiq edən sənəd əsasında imtahana buraxılış vərəqəsi verir, onun adını, soyadını, atasının adını protokolda qeyd edir və imtahanın aparılması qaydalarını ona izah edir;
      2. Buraxılış vərəqəsində imtahanın yeri, tarixi və vaxtı göstərilir;
      3. Kiçik həcmli gəmilərin idarə olunması üçün keçirilən imtahanlar ümumi qəbul edilmiş proqram əsasında aparılır. Imtahan Müfəttişlik tərəfindən müəyyən edilimiş tələblərə uyğun olaraq, gəminin tipi, mühərriklərinin gücü, yelkənlərinin sahəsi və üzmə rayonuna münasibətdə gəmisürücülərinin hazırlanması üzrə ümumi qəbul edilmiş proqram həcmində suallar kompleksini əhatə edir;
      4. İmtahan, sədr tərəfindən komissiya üzvləri arasında aparılmış vəzifə bölgüsü əsasında keçirilir;
      5. İmtahan biletləri hər bir gəmi tipi üçün ayrı-ayrı tərtib olunur;
      6. Qiymətləndirmə "məqbul" və "qeyri-məqbul" sistemi ilə müəyyən edilir. İmtahan verən şəxsin biliyi Müfəttişliyin rəisi tərəfindən təsdiq edilmiş 45 test sualından 25 və daha çoxuna cavab verərsə "məqbul", 24 və daha azına cavab verərsə "qeyri məqbul" sistemi ilə qiymətləndirilir;
      7. "Qeyri-məqbul" almış şəxs təkrar imtahana 7 gündən tez buraxılmır;
      8. İmtahandan sonra komissiyanın iclası keçirilir və protokol tərtib olunur. Protokol imtahan komissiyasının üzvləri tərəfindən imzalanır. Protokolda düzəlişlərə yol verilmir;
      9. İmtahanın nəticələri qeydə alındıqdan sonra komissiyanın məsul katibi imtahan verən şəxslərə sürücülük vəsiqəsinin təqdim edilməsi vaxtı haqqında məlumat verir;
      10. Gəmisürücüsünün biliyinin qiymətləndirilməsi ilə əlaqədar mübahisələrə imtahan komissiyasının sədri tərəfindən baxılır;
      11. Protokol Müfəttişlikdə saxlanılır;
      12. Gəmisürücüsünün imtahana buraxılış vərəqəsi sürücülük vəsiqəsi verilənədək, Müfəttişlikdə saxlanılır.
      1. İmtahanları müvəffəqiyyətlə vermiş gəmisürücülərinə sürücülük vəsiqəsi verilir (əlavə 3). Sürücülük vəsiqəsində və komissiynın protokolunda idarə edilməsi nəzərdə tutulan kiçik həcmli gəmilərin tipi, icazə verilmiş üzmə rayonu barədə müvafiq qeydlər aparılır;
      2. Sürücülük vəsiqəsində qeyd olunan kiçik həcmli gəmilərin növləri:
        1. Kater;
        2. Mühərrikli qayıq;
        3. Yelkənli gəmi;
        4. Sərnişin və yük gəmisi;
        5. Motosikl və hidrosikl.
      3. Sürücülük vəsiqəsində, yelkənli gəmini idarə etmək hüququnu qeyd etmək üçün, gəmisürücüləri aşağıdakı ixtisas sənədlərini təqdim etməlidirlər:
        1. 60 kv.m və çox sahəsi olan yelkənli gəmi üçün - yaxta kapitanı diplomu;
        2. 60 kv.m qədər sahəsi olan yelkənli gəmi üçün - 1-ci dərəcəli yaxta sürücüsü vəsiqəsi;
        3. 22 kv.m qədər sahəsi olan yelkənli gəmi üçün - 2-ci dərəcəli yaxta sürücüsü vəsiqəsi;
        4. 12 kv.m qədər sahəsi olan yelkənli gəmi üçün - 3-cü dərəcəli yaxta sürücüsüvəsiqəsi.
      4. Sürücülük vəsiqəsində üzmə rayonu haqqında aşağıdakı qeydlər aparılır:
        1. Gəmisürücüsü imtahanda "daxili dəniz sularında" üzmə hüququ qazanmışdırsa, ona "DDS" dərəcəsi verilir;
        2. Gəmisürücüsü "daxili su yollarında" üzmə hüququ qazanırsa, ona "DSY" dərəcəsi verilir;
        3. Gəmisürücüsü "qapalı su hövzələrində" üzmə hüququ qazanırsa, ona "QSH" dərəcəsi verilir.
      5. Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir;
      6. Sürücülük vəsiqəsinin qüvvədə olma müddəti bitdikdə gəmisürücüləri bu qaydalarda nəzərdə tutulmuş sənədləri təqdim edir və imtahan vermədən müsahibədən keçirlər. Müsahibədən keçən gəmisürücülərinə yeni sürücülük vəsiqəsi verilir;
      7. Sürücülük vəsiqəsi tərtib edilmiş imtahan protokolu əsasında doldurulur, Müfəttişlik tərəfindən möhürlənir, imzalanır və 10 (on) gün ərzində gəmisürücülərinə təqdim edilir. Vəsiqədə göstərilmiş qeydlər sürücülük vəsiqəsinin verilməsi haqqında qeydiyyat kitabında (əlavə 4) öz əksini tapır. Sürücülük vəsiqəsinin alınması qeydiyyat kitabında gəmisürücüsünün şəxsi imzası ilə təsdiq edilir;
      8. Sürücülük vəsiqəsində qeyd olunmuş üzmə rayonu və gəminin tipi, gəmisürücüsünün yazılı ərizəsinə əsasən, təyin olunmuş imtahandan keçdikdən sonra dəyişdirilir. Bu halda yeni vəsiqə verilir, əvvəlki vəsiqə geri alınır və bir il saxlanıldıqdan sonra ləğv edilir.
      1. Kiçik həcmli gəmilərin təcrübi idarə olunması bacarıqlarının yoxlanılması gəmisürücülərinə sürücülük vəsiqəsini verən Müfəttişlik tərəfindən həyata keçirilir;
      2. Gəmini idarəetmə bacarığı sürücülük vəsiqəsində göstərilən gəmi tipindən asılı olaraq ümumi proqram əsasında yoxlanılır;
      3. Gəmini idarəetmə bacarığının yoxlanılması imtahan komissiyası tərəfindən həyata keçirilir;
      4. İmtahan komissiyasının işi aşağıda göstərilən qaydada tənzimlənir:
        1. Gəmisürücülərinin sürücülük vəsiqələrinin yoxlanılması;
        2. Gəmisürücüsünün gəminin texniki avadanlıq, xilasetmə vasitələri ilə təchizatı haqqında biliyinin yoxlanılması;
        3. Gəmisürücüsünün ümumi proqram üzrə hazırlığının yoxlanılması;
        4. Gəmisürücüsünün aldığı tapşırığın təcrübədə düzgün əməl etməsinin yoxlanılması.
      5. Attestasiyadan keçməyən gəmisürücüsü imtahan komissiyası tərəfindən kiçik həcmli gəmilərin idarə olunmasından uzaqlaşdırır;
      6. Sürücülük vəsiqəsi itirildikdə gəmi sürücüsünün müraciətinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, qeydiyyat kitabında protokol göstəriciləri yoxlanılaraq ona itirilmiş vəsiqənin əvəzinə yeni sürücülük vəsiqəsi verilir. Verilən yeni vəsiqəyə "DUBLİKAT" ştampı vurulur. Vəsiqənin verilməsi haqqında qeydiyyat kitabına və sürücünün şəxsi vərəqəsinə vəsiqənin verilmə tarixi, seriyası, nömrəsi qeyd olunur.
      1. Kiçik həcmli gəmilərin təcrübi idarə olunması bacarıqlarının yoxlanılması gəmisürücülərinə sürücülük vəsiqəsini verən Müfəttişlik tərəfindən həyata keçirilir;
      2. Gəmini idarəetmə bacarığı sürücülük vəsiqəsində göstərilən gəmi tipindən asılı olaraq ümumi proqram əsasında yoxlanılır;
      3. Gəmini idarəetmə bacarığının yoxlanılması imtahan komissiyası tərəfindən həyata keçirilir;
      4. İmtahan komissiyasının işi aşağıda göstərilən qaydada tənzimlənir:
        1. Gəmisürücülərinin sürücülük vəsiqələrinin yoxlanılması;
        2. Gəmisürücüsünün gəminin texniki avadanlıq, xilasetmə vasitələri ilə təchizatı haqqında biliyinin yoxlanılması;
        3. Gəmisürücüsünün ümumi proqram üzrə hazırlığının yoxlanılması;
        4. Gəmisürücüsünün aldığı tapşırığın təcrübədə düzgün əməl etməsinin yoxlanılması.
      5. Attestasiyadan keçməyən gəmisürücüsü imtahan komissiyası tərəfindən kiçik həcmli gəmilərin idarə olunmasından uzaqlaşdırır;
      6. Sürücülük vəsiqəsi itirildikdə gəmi sürücüsünün müraciətinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, qeydiyyat kitabında protokol göstəriciləri yoxlanılaraq ona itirilmiş vəsiqənin əvəzinə yeni sürücülük vəsiqəsi verilir. Verilən yeni vəsiqəyə "DUBLİKAT" ştampı vurulur. Vəsiqənin verilməsi haqqında qeydiyyat kitabına və sürücünün şəxsi vərəqəsinə vəsiqənin verilmə tarixi, seriyası, nömrəsi qeyd olunur.
    1. Ümumi müddəalar

      İcazə verici sənəd:

      1. Məqsədi: Kiçik həcmli gəmilərin sahibləri və sürücüləri tərəfindən kəmiləri idarə etmək hüququnun əldə olunması ;
      2. Müddəti: 5 il;
      3. Məbləği: 15 manat.
      1. Gəmisürücüsünün ərizəsi;
      2. Gəmisürücüsü ixtisası üzrə təhsil müəssisəsini bitirməsi haqqında diplomun (şəhadətnamənin) surəti və ya gəmisürücülük üzrə kursları (məktəbləri) bitirməsi haqqında arayış;
      3. Sağlamlıq haqqında arayış;
      4. 3x4 ölçüdə 2 ədəd şəkil;
      5. Gəmisürücüsünün şəxsiyyətini təsdiq edən sənəd (imtahan günü təqdim olunur);
      6. Narkoloji dispanserdən arayış;
      7. Ruhi-əssəb xəstəlikləri dispanserindən arayış.
Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları