HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinin hər bir istifadəçisinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.


AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Göndərilən electron  məktublara  Fövqəladə Hallar  Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı olduqda baxıla bilər(qəbul olunacaq)
  3. Məktubda müraciət edən vətəndaşın adı, soyadı, atasının  adı, poçt və ya email ünvanı qeyd olunmalıdır .
  4. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  5. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  6. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  7. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  8. Zəruriyyət yaranarsa  Nazirliyin  məsul  əməkdaşları müraciət edən vətəndaş haqqında məlumat əldə etməyə ixtiyarı var.
  9. Vətəndaşların elektron müraciətlərinə cavab yalnız  qeyd edilən poçt ünvanına göndəriləcək.
  10. Şəxsi məlumatlar barədə qanunvericiliyə uyğun olaraq müraciət edən vətəndaşın şəxsi məlumatları saxlanılır və təhlil edilir.

Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
  • Elektron müraciətin mətni 1000 işarədən çox olmamalıdır.
  • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Fövqəladə Hallar Nazirliyinin  E-mail: info@fhn.gov.az  ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Azərbaycan Respublikası, Bakı, Az1073, M.Müşfiq küçəsi, 501-ci məhəllə