Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.
FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub....
Ardını oxuXəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir. ...
Ardını oxu16-23 sentyabr 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin (TAMA) təşkilatçılığı ilə “Kütləvi qırğın silahlarının yayılmamasına” dair Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün “Canlı Agent” (Live Agent) üzrə praktiki təlim kursu keçirilib. ...
Ardını oxu