12 noyabr 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, noyabrın 12-də FHN tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınmışdır. Həmin avtomobil karvanı ilə 200 yataq çarpayısı, 150 ədəd çadır təbii fəlakət bölgəsinə göndərilmişdir.