Geri

FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü ELAN edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 avqust tarixli 236 nömrəli Qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünə dair 06 iyul 2021-ci il tarixli elanında edilmiş dəyişikliklərin nəzərə alınmasını xahiş edirik.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Pak-Nur” MMC, “Xırman” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, və Dəvəçi-Dəyirman MMC vasitəsilə 2020-ci ilin iyul ayının 6-dan başlayaraq sentyabr ayının 1-nə kimi Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinin1 iyul 2021-ci il tarixli İN-X/O-6413/2021 nömrəli məktubundakı təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 500 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

1.1. 1-ci və 2-ci sinif buğdalar üçün - ən azı 770 q/l

1.2. 3-cü sinif buğda üçün - ən azı 750 q/l

2. Zibil qarışığı:

2.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 1,5 faiz

3. Dən qarışığı:

3.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 3 faiz

4. Nəmlik:

4.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 13 faiz

5. Yaş qlütenin miqdarı:

5.1.1-ci sinif buğda üçün - ən azı 32 faiz

5.2. 2-ci sinif buğda üçün - ən azı 28 faiz

5.3. 3-cü sinif buğda üçün - ən azı 23 faiz

6. Qlüten indeksi:

6.1. 1-ci və 2-ci sinif buğdalar üçün - 50-85 vahid

6.2. 3-cü sinif buğda üçün - 65-80 vahid

7. Şüşəvarilik:

7.1. 1-ci və 2-ci sinif buğdalar üçün - ən azı 60 faiz

7.2. 3-cü sinif buğda üçün - ən azı 40 faiz

8. Zülalın quru maddəyə görə kütlə payı

8.1. 1-ci sinif buğda üçün - ən azı 14,5 faiz

8.2. 2-ci sinif buğda üçün - ən azı 13,5 faiz

8.3. 3-cü sinif buğda üçün - ən azı 12 faiz

9. Düşmə ədədi:

9.1. 1-ci və 2-ci sinif buğdalar üçün - 250-350 saniyə

9.2. 3-cü sinif buğda üçün - 200-350 saniyə

10. Cücərmiş dənlər:

10.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 1 faiz

11. Xarab olmuş dənlər:

11.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 1 faiz

12. Mineral qarışığı:

12.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün:

12.1.1.daş, qum, torpaq, çınqıl və digər elementlər - ən çoxu 0,3 faiz

12.1.1. çınqıl - ən çoxu 0,1 faiz

13. Sedimentasiya göstəricisi:

13.1. 1-ci və 2-ci sinif buğdalar üçün - 50 ml-dən çox

13.2. 3-cü sinif buğda üçün - 35-50 ml

14. Toksiki qarışıqlar (zəhərli toxumlar,

Fuzariozlu dənlər, çovdar mahmızı,

çürümüş dənlər):

14.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 0,05 mq/kq

15. Qoxu və dad – sağlam buğda dəninə məxsus

Olmayan bütün digər qoxu və dad - yol verilmir

16. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

17. Zərərvericilərlə zədələnmiş dənlər - yol verilmir

 

18. Digər əlamətlər – karantin xəstəlikləri və

bütün digər təhlükəli xəstəliklər, tərkibi toksiki

elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş

dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz

təsərrüfatlarda istehsal edilmiş dənlər - yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):

• “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;

• “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;

• “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;

• “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;

• “Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012-497-43-58, 050-322-12-75;

• “Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;

• “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;

• “ “Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050-222-65-22;

• “Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66; 012-323-77-46

• “Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

• Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilmişdir;

• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaqdır.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu