Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 dekabr 2012-ci il saat 09:10-dək, ilkin məlumata əsasən:

Bakı şəhər,  Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi  270 kv.m olan taxta sexində 1 ədəd dəzgah və 8 kv.m sahədə taxta materiallar yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 dekabr 2012-ci il, saat 08:30-dək, ilkin məlumata əsasən

Gəncə şəhəri, Kəpəz rayonunda Səhiyyə Nazirliyinə məxsus inzibati binada ümumi sahəsi 15 kv.m olan xidməti otaqda 1 ədəd çarpayı  və  yataq dəsti yanmışdır. Otaq yanğından mühafizə olunmuşdur. Yanğın saat 05.35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 dekabr 2012-ci il, saat 02:00-dək, ilkin məlumata əsasən

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa  məxsus ümumi sahəsi 300 kv.m olan altıotaqlı evin dam örtüyü, 5 otağın yanar konstruksiyaları və ev əşyaları 200 kv.m sahədə yanmışdır. Evin  qalan  hissəsi  və  yaxınlıqdakı  ev yanğından  mühafizə  olunmuşdur. Yanğın saat 23.28-də yanğınsöndürənlər tərəfindən...

15 dekabr 2012-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə...

14 dekabr 2012-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanmışdır. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur...

14 dekabr 2012-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin...

14 dekabr 2012-ci il saat 20:15-dək ilkin məlumata əsasən:

Bakı şəhər, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən qadın yıxılaraq yaxınlıqdakı tikilinin üstünə düşmüş  və aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir.  Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin üzəridən götürərək aidiyyatı...

14 dekabr 2012-ci il saat 17:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər, o cümlədən, 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin...

14 dekabr 2012-ci il saat 13:10-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində 6 kv.m sahədə məişət tullantıları və yağ çəlləyi yanmışdır. Yağ çəlləyi yanarkən partlama hadisəsi baş vermişdir. Hadisə zamanı yoldan keçən 1 nəfər yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışdır.

14 dekabr 2012-ci il saat 11:00-dək, ilkin məlumata əsasən

Xaçmaz rayonu, Xudat şəhərində suötürücü yağış sularının təsirindən daşmışdır. Nəticədə, bəzi ərazilər, o cümlədən bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolmuşdur. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr