Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

07 mart 2013-cü il saat 15:20-dək, ilkin məlumata əsasən:

Lerik rayonu, Lüləkəran kəndində (rayon mərkəzindən 5 km aralı) 3 ailəyə məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli yaşayış evinin...

07 mart 2013-cü il saat 08:10-dək:

Abşeron rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanmışdır.

06 mart 2013-cü il saat 23:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

06 mart 2013-cü il saat 23:05-dək, ilkin məlumata əsasən:

Şəmki rayonu, Dəllər qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaş tərəfindən idarə olunan "QAZ" markalı yük avtomobilinin salonu və mühərrik hissəsi yanmışdır.

06 mart 2013-cü il saat 18:15-dək:

Tərtər rayonu, Şıxarx kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır.

06 mart 2013-cü il saat 10:15-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

06 mart 2013-cü il saat 08:00-dək:

Ağstafa rayonu, Poylu kəndində vətəndaşa məxsus “Kia” markalı minik avtomobilinin yük yeri və salonun üzlüyü qismən yanmışdır.

05 mart 2013-cü il saat 16:40-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 3 otaqlı evin  dam örtüyü 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

05 mart 2013-cü il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının...

05 mart 2013-cü il saat 12:30-dək:

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 8 otaqlı evin çardağının yanar konstruksiyaları 60 kv. m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr