Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 iyul 2013-cü il saat 18:00-dək:

Qəbələ rayonu, Bılıx kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır.

01 iyul 2013-cü il saat 17:10-dək:

Bakı şəhəri, Xəzər rayonunda (“Türkan” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

01 iyul 2013-cü il saat 09:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən, təxminən, 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Taleh Mehman oğlu Ələkbərov batmışdır.

01 iyul 2013-cü il saat 08:20-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot  bağlamasının 1,8 tonu yanmışdır...

01 iyul 2013-cü il saat 01:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda onmərtəbəli yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr