Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 mart 2014-cü il saat 21:30-dək:

Samux rayonu, Sərkar kəndində (rayon mərkəzindən 5 km aralı) məxsus ümumi sahəsi 35 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə və damına yığılmış 0.5 ton ot bağlaması yanmış...

31 mart 2014-cü il saat 19:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmış...

31 mart 2014-cü il saat 08:00-dək:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 7 otaqlı evin tüstü bacası ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. 

30 mart 2014-cü il saat 23:30-dək:

Ağcabədi rayonu, Pərioğlular kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. 

30 mart 2014-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonunda döyüş sursatı aşkarlanmışdır.

30 mart 2014-cü il saat 18:00-dək:

Qəbələ rayonu, Soltannuxa kəndində (rayon mərkəzindən 20 km aralı) inzibati binanın birinci mərtəbəsinin dəhlizində 1 ədəd divan yanmışdır. 

30 mart 2014-cü il saat 13:00-dək:

Kürdəmir rayonu, Mollakənd kəndində Mexaniki Suvarma İdarəsinə məxsus ümumi sahəsi 112 kv.m olan qayıq üzərində quraşdırılmış üzən nasos stansiyasının taxta konstruksiyalardan ibarət idarəetmə otağı 6 kv.m sahədə, mühərrikin üzərində taxta və dəmir konstruksiyalardan quraşdırılmış talvar hissəsi 40 kv.m sahədə yanmışdır.

30 mart 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində  beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaratmışdır.

30 mart 2014-cü il saat 08:30-dək:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanmışdır. 

29 mart 2014-cü il saat 21:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 23 kv.m olan tikilinin dam örtüyü yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr