Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalmışdır.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 5 kv.m sahədə və 1 ədəd döşək yanmışdır.
Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 315 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə və tövlənin içərisinə yığılmış 11 ton ot bağlamasının 5 tonu yanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonunundan 14 km Cənub-qərbdə zəlzələ qeydə alınmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır.
Saatlı rayonu, Məmmədabad kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır.