Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 sentyabr 2014 cü il saat 19:00-dək:

Tovuz rayonu, Qovlar qəsəbəsində transformatorun qoruyucu acarları yanmışdır.

14 sentyabr 2014 cü il saat 18:25-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda batma təhükəsi ilə üzləşmiş 3 nəfər Nazirliyinin “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur.

14 sentyabr 2014 cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda batma təhükəsi ilə üzləşmiş 1 nəfər Nazirliyinin “Türkan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur.

14 sentyabr 2014 cü il saat 16:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümümi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır.

14 sentyabr 2014 cü il saat 14:15-dək:

Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin qoşqusuna yığılmış 3,4 ton ot bağlamasının 2 tonu və qoşqunun təkərləri yanmışdır.

14 sentyabr 2014 cü il saat 11:45-dək:

Şəki şəhəri, Çolaqlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa  məxsus ümumi sahəsi 42 kv.m olan evin 2 otağının dam örtüyü, pəncərə çərçivəsi 10 kv.m sahədə və yaxınlıqda olan ümumi sahəsi 10 kv.m olan qamışdan ibarət köməkçi tikili yanmışdır.

14 sentyabr 2014 cü il saat 11:15-dək, ilkin məlumata əsasən:

Cəlilabad şəhərində vətəndaşa məxsus "UAZ" markalı yük avtomoblinin mühərrik hissəsi yanmışdır. 

14 sentyabr 2014 cü il saat 10:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır.

14 sentyabr 2014 cü il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır.

14 sentyabr 2014 cü il saat 03:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 3 nəfər bağlı qapı arxasında qalmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr