Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

09 sentyabr 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Çaparlı kəndində vətəndaşa məxsus həyətyani sahədə 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

09 sentyabr 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Zümürxan kəndində vətəndaşa məxsus ümumi sahəsi  24 kv.m olan dəmir konstruksiyadan ibarət köməkçi tikilinin içərisinə yığılmış istifadəyə yararsız plastik materiallar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

09 sentyabr 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Qoxmuq kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərsinə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...

09 sentyabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya...

09 sentyabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış, 1937-ci il təvəllüdlü...

09 sentyabr 2015-ci il saat 07:15-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunda (rayon mərkəzindən 30 km aralı) 120 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq yanğından mühafizə olunmuşdur...

09 sentyabr 2015-ci il saat 02:15-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı ev sahibi əl nahiyəsindən yanıq xəsarətləri almışdır. Yaxınlıqdakı ev yanğından mühafizə...

09 sentyabr 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə iki nəfər bağlı qapı arxasında qalmışdır.

09 sentyabr 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Surxayev Yaşar Fərhad oğlu liftin şaxtasında düşərək köməksiz vəziyyətdə qalmışdır.

08 sentyabr 2015-ci il saat 22:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:57-də başa...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr