Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 fevral 2015-cü il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

03 fevral 2015-ci il saat 08:30-dək:

Goranboy rayonu Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan bir mərtəbəli 2 otaqlı evin mətbəxdə lambirdən ibarət tavanı 18 kv.m və döşəməsi 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

03 fevral 2015-ci il saat 02:00-dək:

Pirallahı rayonu, S.Vurqun küçəsində fəaliyyət göstərməyən inzibati binanin ərasinizdə ümumi sahəsi 30 kv.m olan 2 otaqlı köməkçi tikilinin bir otağının tavanı 12 kv.m sahədə yanmışdır...  

02 fevral 2015-ci il saat 17:00-dək:

Kürdəmir rayonu, R.Rəhimov küçəsində vətəndaşa məxsus ümumi sahəsi 152 kv.m. olan birmərtəbəli 4 otaqlı evin bir otağında “CASPER” markalı kompyuter prosessoru və geyim əşyaları 2 kv.m. sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

02 fevral 2015-ci il saat 08:15-dək:

Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

02 fevral 2015-ci il saat 06:45-dək:

Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

02 fevral 2015-ci il saat 00:30-dək:

Tovuz rayonu, Aşırallar kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağında döşəmə 2 kv.m sahədə yanmışdır.

01 fevral 2015-ci il saat 15:45-dək:

Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 133 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 kv.m sahədə rəf yanmışdır.

01 fevral 2015-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

01 fevral 2015-ci il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr