Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 mart 2015-ci il saat 11:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:00-da başa çatmışdır.

02 mart 2015-ci il saat 08:15-dək:

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsinin mətbəxində soyuducu və 10 kv.m sahədə mətbəx mebeli yanmışdır.

01 mart 2015-ci il saat 23:45-dək:

Sabirabad rayonu, Sarxanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır.

01 mart 2015-ci il saat 21:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

01 mart 2015-ci il saat 19:00-dək:

Balakən şəhərində ümumi sahəsi 60 kv.m olan yardımçı tikilinin tavanı və dam örtüyü 30 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

01 mart 2015-ci il saat 17:30-dək:

Bakı şəhəri, Xətai rayonunda altımərtəbəli binanın ümumi sahəsi 600 kv.m olan zirzəmisinə yığılmış tikinti materialları 20 kv.m sahədə yanmışdır.

01 mart 2015-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu,  Xırdalan şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

01 mart 2015-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

01 mart 2015-ci il saat 06:15-dək:

Naftalan rayonu, Qaşaltı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 500 kiloqram ot bağlaması yanmışdır. 

01 mart 2015-ci il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr