Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 mart 2015-ci il saat 22:00-dək:

Zaqatala rayonu, Əliabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin tüstü bacasının ətrafı 3 kv.m sahədə yanmışdır...

18 mart 2015-ci il saat 20:40-dək:

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 4 ədəd elektrik sayğacı yanmışdır...

18 mart 2015-ci il saat 14:15-dək:

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan hinin yanar konstruksiyaları yanmışdır. Bitşik ümumi sahəsi 80 kv.m olan mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

18 mart 2015-ci il saat 07:45-dək:

Lənkəran rayonu, Lüvəsər kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus umumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət evin 2 otağı, aynabəndin yanar konsturuksiyaları, ev əşyaları və dam örtüyü 180 kv.m sahədə yanmışdır.

18 mart 2015-ci il saat 00:00-dək:

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin  2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır.

17 mart 2015-ci il saat 23:30-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus "OPEL" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

17 mart 2015-ci il saat 21:30-dək:

Saatlı rayonu, Potubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli qamışdan ibarət evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kv.m sahədə yanmışdır.

17 mart 2015-ci il saat 19:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, Salyan şəhərində yağan yağışın nəticəsində həyətyanı sahələrə su dolmuşdur.

17 mart 2015-ci il saat 12:30-dək:

Sumqayıt şəhərində "BMW" markalı avtomobilinin yük hissəsi və akkumulyatoru yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

17 mart 2015-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr