Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 iyul 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Muğan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "RENAULT" markalı avtobusun mühərrik hissəsində elektrik naqilləri yanmışdır...

17 iyul 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 650 m sağa, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

17 iyul 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

17 iyul 2015-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 500 m sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

17 iyun 2015-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Mahmudavar kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır.

17 iyul 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Eyvazlılar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 16 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

17 iyul 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mansard tipli birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti almışdır. Evin qalan...

16 iyul 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda yaşlı kişi mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin şəxsi mənzildə yıxılmış vəziyyətdə aşkar etmiş və  çarpayıya uzadaraq hadisə yerində olan Təcili...

16 iyul 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, İkinci Mahmudlu kəndində kənd əhalisinə məxsus ərazidə 120 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yaxınlıqdakı ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 iyul 2015-ci il saat 22:30-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Qarayazı kəndində vətəndaşa məxsus 1,5 ha nar bağında nar ağacları və kənd bələdiyyəsinə məxsus ərazidə 1,5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr