Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 iyul 2015-ci il saat 07:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, 1 №-li Qayıdış qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

02 iyul 2015-ci il saat 05:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “SsangYong” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır.

02 iyul 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Qazax rayonu, Abbasbəyli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 1 tonu yanmışdır.

02 iyul 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili yolayrıcı səddə çırpılmışdır.

02 iyul 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

01 iyul 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

01 iyul 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

01 iyul 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfər dənizdə çimərkən batmışdır.

01 iyul 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

01 iyul 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonu, Qızmeydan kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin 1 otağı və ev əşyaları 40 kv.m sahədə yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr