Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 iyul 2015-ci il saat 19:15-dək, ilkin məlumata əsasən:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 49 kv.m sahədə yanmışdır...

01 iyul 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qızılavar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

01 iyul 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Bərdə şəhərində hal-hazırda fəaliyyət göstərməyən 1 salyı Bərdə pambıq zavodunun ərazisində 200 kv.m sahədə quru ot yanmışdır.

01 iyul 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmətəbəli 1 otaqlı evin tavanı 10 kv.m sahədə və ev əşyaları  yanmışdır.

01 iyul 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Lerik rayonu, Kirəvud kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 18 ton ot tayasının 12 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur.

01 iyul 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 2 nəfər dənizdə çimərkən batmışdır.

01 iyul 2015-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. 

01 iyul 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin mətbəxində soyuducu yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 4 kv.m sahədə ərimişdir.

01 iyul 2015-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

01 iyul 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:39-da başa çatmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr