Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 iyul 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

01 iyul 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Ballar kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 18 kv.m olan konteynerin taxta üzlüyü və içərisinə yığılmış 30 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr