Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 mart 2016-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında  ev əşyası yanmışdır.

18 mart 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılmış 20 kv.m sahədə məişət tullantıları yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur.

17 mart 2016-cı il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

17 mart 2016-cı il saat 23:15-dək, ilkin məlumata əsasən:

Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan hinin  qamışdan ibarət dam örtüyü 5 kv.m sahədə yanmışdır. Hinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

17 mart 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin mətbəxi 6 kv.m sahədə yanmışdır.

17 mart 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

17 mart 2016-cı il saat 16:15-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində ümumi sahəsi 800 kv.m olan birmərtəbəli kollecin lambirdən ibarət tavanı və dam örtüyü 70 kv.m sahədə yanmışdır.

17 mart 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

17 mart 2016-cı il saat 12:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

17 mart 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr