Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 mart 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün içərsinə yığılmış taxtalar 4 kv.m sahədə yanmışdır.

01 mart 2016-cı il saat 16:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kürdəmir rayonu, Xırdapay kəndində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

01 mart 2016-cı il saat 14:35-dək, ilkin məlumata əsasən:

Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m köməkçi tikillinin dam ortüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır.

01 mart 2016-cı il saat 14:05-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Mazda" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və 1 ədəd qabaq təkəri yanmışdır.

01 mart 2016-cı il saat 11:35-dək, ilkin məlumata əsasən:

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 4 otaqlı mənzildə ev əşyaları 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur

01 mart 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşması barədə məlumat daxil olmuşdur. Nəticədə, minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Fövqəladə...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr