Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

13 sentyabr 2017-ci il saat 13:45-dək:

Quba şəhərində ümumi sahəsi 60 m2 olan təndirxananın tavanı 4 m2 sahədə yanmışdır. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

13 sentyabr 2017-ci il saat 12:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır.

13 sentyabr 2017-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşmışdır.

13 sentyabr 2017-ci il saat 11:15-dək:

Göyçay rayonu, Bığır kəndində ümumi sahəsi 15 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövləyə bitişik yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır.

13 sentyabr 2017-ci il saat 08:00-dək:

Zaqatala rayonu, Muğanlı kəndində ümumi sahəsi 88 m2 olan tövlənin çardağının yanar konstruksiyaları, çardağına yığılmış 2,5 ton ot bağlamasının 1,5 tonu və 1 m3  taxta materilallar yanmışdır...

13 sentyabr 2017-ci il saat 02:45-dək:

Saatlı rayonu, Varxand kəndində ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 30 m2 sahədə və talvarın altına yığılmış 13 ton ot bağlamasının 6 tonu yanmışdır...

13 sentyabr 2017-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat...

12 sentyabr 2017-ci il saat 21:30-dək:

Gəncə şəhəri, Nizami rayonunda "RAF" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonunda 1 ədəd oturacaq yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur...

12 sentyabr 2017-ci il saat 20:00-dək:

Oğuz rayonu, Yaqublu kəndində 3,7 ton ot bağlaması yanmışdır...

12 sentyabr 2017-ci il saat 18:00-dək:

Xaçmaz rayonu, Pirquluoba kəndində ümumi sahəsi 50 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr