Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 mart 2019-cu il saat 17:30-dək:

Masallı rayonunun Binə Xocavar kəndində ümumi sahəsi 100 m² olan tikilinin (dülgər sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki taxta tullantıları yanıb.

14 mart 2019-cu il saat 16:00-dək:

Şəki şəhərinin Cəfərabad kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisində 1,5 ton ot bağlamasının 1 tonu yanıb.

14 mart 2019-cu il saat 15:15-dək:

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində 2,7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

14 mart 2019-cu il saat 11:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.

14 mart 2019-cu il saat 11:00-dək:

Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib. Partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb.

14 mart 2019-cu il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

14 mart 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 2 m² sahədə yanıb...

13 mart 2019-cu il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda...

13 mart 2019-cu il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı giriş qapısının...

13 mart 2019-cu il saat 20:00-dək:

Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin eyvanında həcmi 5 litr olan məişət qaz balonunun alışması nəticəsində...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr