Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 noyabr 2021-ci il 22:45-dək:

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, açıq ərazidə 400 m² sahədə təkər tullantıları yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub...

30 noyabr 2021-ci il 19:30-dək:

Qobustan rayonunun Ərəbşahverdi kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub...

30 noyabr 2021-ci il 17:00-dək:

Yevlax şəhərinin Kolanı kəndində pambıq tarlasında kombaynın bunkerinə yığılmış 3 ton pambığın 500 kiloqramı yanıb. Pambığın qalan hissəsi, kombayn və tarla yanğından mühafizə olunub...

30 noyabr 2021-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

30 noyabr 2021-ci il saat 13:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli obyektin (yeni tikili) tavanı 40 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub...

30 noyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

30 noyabr 2021-ci il saat 08:00-dək:

Xaçmaz şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb...

29 noyabr 2021-ci il saat 22:30-dək:

Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 144 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4,4 ton ot bağlamasının 2,8 tonu yanıb...

29 noyabr 2021-ci il saat 19:15-dək:

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 60 ton ot bağlamasının 30 tonu yanıb...

29 noyabr 2021-ci il saat 18:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Saatlı rayonunun Əlisoltanlı kəndində təkdırnaqlı heyvanın (at) ayağı körpü üzərində olan iki beton plitənin arasında sıxılaraq qalıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr