Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

17 fevral 2026-cı il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

17 fevral 2026-cı il saat 08:00-dək:

Gəncə şəhərində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 108 m² sahədə, bitişik sahəsi 87 m² olan talvarın taxta atmaları və talvarın altına yığılan 1 ton ot bağlaması yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

17 fevral 2026-cı il saat 01:30-dək:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu