Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndərin  anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü və Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə Xocahəsən qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiya “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.

Aksiyada torpaq-iqlim şəraitinə uyğun seçilmiş ağac növləri əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib. Ümumilikdə 300 ədəd müxtəlif növ ağac və mövsümi güllər əkilib.

Digər Məlumatlar

Qaynar xətt
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu