Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in əməkdaşları stolüstü tennis yarışında yüksək nəticələr əldə ediblər

FHN-in əməkdaşları stolüstü tennis yarışında yüksək nəticələr əldə ediblər

2 fevral 2026-cı il tarixində “Şüa“ İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.

Yarışda 15 dövlət qurumundan əməkdaşlar öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar.

Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək yarışın ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub. Bundan əlavə, komandanın digər üzvü Dövlət Yanğından Mühafizə Xİdmətinin əməkdaşı daxili xidmət baş çavuşu Vüqar İbrahimov isə bürünc medal qazanaraq üçüncü pillədə qərarlaşıb.

3 fevral 2026-cı il tariixində İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda iştirak edən əməkdaşlarla görüşərək onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarşlarda uğurlar arzulayıb.

Digər Məlumatlar

Qaynar xətt
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu