Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən 1 saylı və 2 saylı Gəncə “ASAN xidmət” mərkəzlərində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi obyekt mülki müdafiə məşqi, Gəncə-Dövlət Aqrar Kollecində isə nümunəvi dərs keçirilib.

Məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub.

Tədbirlər zamanı müəssisələrin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu