Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN yanğın təhlükəsizliyi ilə bağlı taktiki dərs keçirib (foto)

FHN yanğın təhlükəsizliyi ilə bağlı taktiki dərs keçirib (foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Xəzər Tibb Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı taktiki dərs keçirib.

Tədbirdə DYMX-nin 6 nömrəli Yanğından Mühafizə Bölməsi və Tibb Mərkəzinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən Mərkəzin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib.

Daha sonra praktik mərhələdə açıq havada yanğınsöndürən balondan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib və iştirakçılar bu prosesdə bilavasitə iştirak ediblər.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu