19 yanvar 2015-ci il saat 12:45-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Təzə Şilyan kəndi, Bakı-Qazax yolunun 216-cı kilometrliyində vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş vermişdir.