Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının nəzərinə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün 2021/2022-ci tədris ili üçün qiyabi təhsil üzrə tələbə qəbulu qaydaları

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün qiyabi təhsil üzrə qəbula namizədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tam orta təhsilli, 15.09.2021-ci ilədək 35 yaşı tamam olmayan əməkdaşları sırasından seçilir. 

Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Seçmə komissiyasında fərdi söhbət aparılmaqla sınaqdan keçməlidirlər.

Sınaqdan müvəffəqiyyətlə keçmiş abituriyentlərin siyahısı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizəd olaraq qeydə alınması üçün Dövlət İmtahan Mərkəzinə  göndərilir.

Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Test imtahanlarının keçirilməsi qaydaları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar.

Akademiyada təhsil müddəti 5 ildir.

Təhsilalma forması ödənişli əsaslarla qiyabidir. llik təhsil haqqının məbləği 2100 AZN-dir.

Tədris Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına müvafiq olaraq “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə “bakalavr” ali-peşə ixtisas dərəcəsi verilir.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal (namizədin şəxsən özü tərəfindən yazılmış);
  • şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;           
  • iş yerindən xasiyyətnamə;
  • xidmət siyahısından və ya əmək kitabçasından təsdiq edilmiş çıxarış;
  • tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
  • 4 ədəd 6x4 sm ölçüdə ağ fonda, 2 ədəd 9x12 sm ölçüdə qırmızı fonda fotoşəkil (kitel geyim formasında).

Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20, WhatsApp: (055) 375-14-14.