AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 02 iyul 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. 02 iyul 2022-ci il


21-29 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib. 02 iyul 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin...


Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb...

Ümumi məlumat


5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidmət ləğv olunaraq onlann bazasmda Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafıq fərmanı ilə Xüsusi Riskli Xilasetmə Xidməti haqqında "Əsasnamə" təsdiq edilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

 

İlk yardım

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Mühafizə

Fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir.

Nəticələrinin aradan qaldırılması

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Rəhbərlik haqqında məlumat


Paşayev Şahmar Ənvər oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant.

20.11.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Ailəlidir. 3 övladı var.

Həsənov Məhərrəm İmanqulu oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini- qərargah rəisi, general-mayor.

29.11.1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olub.
Leninqrad şəhəri Sualtı Qayıqlar üzrə Ali Hərbi Dənizçilik Məktəbini və Türkiyə Respublikasının Hərbi Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Zeynalov Raul Süleyman oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, general-mayor.

24.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Quliyev Elsəvər Həsən oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, polkovnik.

19.06.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Çeşməbasar kəndində anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 3 övladı var.