AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. 06 dekabr 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. 06 dekabr 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. 06 dekabr 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...
Tərtər şəhərində ümumi sahəsi 36 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb...
Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.
Xidmətin fəaliyyəti haqqında
FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.
Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.
əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;
Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
06.08.1968-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur,
1993-cü ildə Azərbaycan Dövlət Tibb İnistitutunu bitirmişdir.
Ailələidir, 4 övladı var.
05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 2 övladı var.
25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.
2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.