AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. 06 dekabr 2023-cü il


Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. 06 dekabr 2023-cü il


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. 06 dekabr 2023-cü il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...


Tərtər şəhərində ümumi sahəsi 36 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb... 

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 

Yanğınların söndürülməsi

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;

Nəticələrinin aradan qaldırılması

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;

Normativ tənzimləmə

Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.

Rəhbərlik haqqında məlumat


Asif Eltufat oğlu Məmmədli

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət polkovniki.

2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub.
Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Seyidov Mircavad Mirsəməd oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı.
31.01.1985- ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
Bakı Yanğın Texniki Məktəbini və Ukrayna Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetini bitirib.
Ailəlidir. 2 övladı var. 

 

Xudiyev Rza Xudu oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki.
25.12.1963-cü ildə Bakı şəhərində anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var.