AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimzin ailələrini ziyarət ediblər. 26 noyabr 2020-ci il


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən mebel sexində planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud oluğu müəyyən edilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə... 26 noyabr 2020-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir. Bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb. 23 noyabr 2020-ci il


Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər...

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir.

 

Yanğın təhlükəsizliyi

Dövlət Yanğın Nəzarəti Xidmətində mütamadi olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunur, Dövlət Yanğın Nəzarəti qurumlarının fəaliyyəti istiqamətləndirilir, yanğın təhlükəsizliyi sahəsində idarəetmə təkmilləşdirilir, yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək məqsədilə tədbirlər müəyyənləşdirilir.

Əhalinin marifləndirilməsi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Beynəlxalq əlaqələr

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.

Rəhbərlik haqqında məlumat


Abbasov Hikmət Mərdan oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki

23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri: 
cümə günü (10:00-12:00)

Aqşin Böyükağa oğlu Kazımov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki.

28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
cümə günü (10:00-12:00)

Vaqif Tofiq oğlu İbrahimov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki.

15 may 1979-cu ildə Qəbələ şəhərində anadan olub.
Azərbaycan Kooperasiya İnstitutunu və Ukrayna Respublikasının Kiyev Dövlət Universitetini bitirib.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
cümə günü (10:00-12:00)