Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...
24 aprel 2024-cü il saat 02:45-dək:
Bakı şəhərinin Sabunçu rayonunda "ЗИЛ" markalı yük avtomobilinin kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 01:30-dək:
Şəmkir rayonunun Qaracəmirli kəndində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Yanğın nəticəsində kafe ərazisində ümumi sahəsi 25 m² olan dəmir konstruksiyadan ibarət mətbəxin taxtadan ibarət üzlüyü, içərisində olan əşyalar və yaxınlıqda sahəsi 12 m² olan talvarın lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mətbəxin içərisindən həcmi 50 litr olan 4 ədəd və həcmi 3 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Talvarın qalan hissəsi və kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 00:45-dək:
Bakı şəhərinin Binəqədi rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.