Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

24 aprel 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

24 aprel 2024-cü il saat 07:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda 1 ədəd generator və 5 p.m çıxış kabeli yanıb. Yaxınlıqda olan transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 03:00-dək:

Ağsu rayonunun Növcü kəndində ümümi sahəsi 90 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan mallar, 1 ədəd ödəniş terminalı, 4 ədəd soyuducu və 1 ədəd kondisoner yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 02:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "ЗИЛ" markalı yük avtomobilinin kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 01:30-dək:

Şəmkir rayonunun Qaracəmirli kəndində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Yanğın nəticəsində kafe ərazisində ümumi sahəsi 25 m² olan dəmir konstruksiyadan ibarət mətbəxin taxtadan ibarət üzlüyü, içərisində olan əşyalar və yaxınlıqda sahəsi 12 m² olan talvarın lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mətbəxin içərisindən həcmi 50 litr olan 4 ədəd və həcmi 3 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Talvarın qalan hissəsi və kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 00:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu